Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycan polisi -gücləndirilmiş iş rejiminə keçir

20 Yanvar - Ümumxalq Hüzn Günü daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq. 

Yenixeber.org: Daxili İşlər Nazirliyi  (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimidə xidmət aparacaq.

Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, respublika ərazisində 20 Yanvar faciəsi ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı, eləcə də Bakı Metropoliteninin stansiyalarında təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları qüvvələrini səfərbər edəcəklər.

Həmin gün tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görüləcək.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən səs siqnallarının verilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam