Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“İrəvanın vasitəçilik təklifi tragikomediyadır” - Erməni politoloq

“İrəvanın vasitəçilik təklifi tragikomediyadır” - Erməni politoloq
"Paşinyanın sayəsində Ermənistanda siyasi nitqin səviyyəsi çox aşağı düşərək məişət səviyyəsinə enib".

Yenixeber.org: Bunu erməni politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, siyasi nitqin məişət səviyyəsinə enməsi həm leksikona, həm də məzmuna aiddir:
"Ancaq burada bir növ "məntiq" var. Çünki Paşinyanın tərəfdarlarının çoxu bu xüsusi mədəniyyətin daşıyıcılarıdır və bu nitq onlara ünvanlanır. Qalanları hakimiyyət dəyişikliyindən faydalananlar, siyasi və hökumət vəzifələrində ictimai qaynaqlardan istifadə edənlərdir. Bu, Paşinyan hökumətin siyasətidir - sərhədsiz populizm, aşağı təzahürləri ilə".

ABŞ və İran arasındakı münaqişəyə Ermənistanın rəsmi reaksiyasını şərh edən Danielyan bildirib ki, İrəvanın İran və Amerika arasında vasitəçilik rolunu təklif etməsi xüsusilə tragikomediyadır.

"Bu, beynəlxalq münasibətlər tarixində gülməli bir şey və zarafat vasitəsi kimi qalacaq. Onlar belə bir qarşıdurmada vasitəçiliyin nə demək olduğunu və belə bir təklif verməyə kimin imkanının çatdığını başa düşmürlər. Ancaq bir hal var: beynəlxalq tərəfdaşlar artıq bu hökumətin bir çox hadisələrlə bağlı fikirlərini ciddiyə almırlar, ona görə də loyallıq göstərirlər", - deyə erməni politoloq əlavə edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin xarici və daxili siyasət anlayışı yoxdur: “Hətta belə cəhdlər də yoxdur: geniş yayılmış səriştəsizlik hökm sürür".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam