Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Rusiyanın Baş Qərargahı: ABŞ Suriyadakı neft yataqlarını talan edir

ABŞ şirkətləri Suriyadakı Fərat çayının şərqində yerləşən Konako, Əl Ömər, Tənək yataqlarından neftin hasilatını və satışını həyata keçirir.

Yenixeber.org:  Bu barədə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

“Suriya neftinin sərhədlər üzərindən qanunsuz daşımalar şəbəkəsi fəaliyyət göstərir. Əslində Suriyanın təbii sərvətləri talan edilir”, - deyən S.Rudskoy ABŞ qurumları tərəfindən hazırlanan təxribatçı dəstələrin neft-qaz infrastrukturu obyektlərini dağıtmaq, terror hücumları törətmək məqsədilə Ət Tənf bölgəsinə helikopterlərlə aparıldığını qeyd edib.

“Belə dəstələr Əs Süveydə, Palmira, Əbu Kamal yaşayış məntəqələri yaxınlığında müşahidə olunub” – deyən rusiyalı rəsmi ABŞ özəl şirkətlərinin bu fəaliyyətlərinin beynəlxalq antiterror koalisiyanın döyüş təyyarələri tərəfindən havadan himayə olunduğunu diqqətə çatdırıb: “Əslində bu məsələ amerikalıların İŞİD-in əlindən aldıqları qaçaqmalçı biznesdir. Suriyanın şimal-şərqindəki neft yataqlarında amerikalı muzdlu döyüşçülərin sayı 3,5 min nəfərə çatıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam