PUTİNİN DOSTLARI SURİYAYA İNVESTİSİYA QOYUR–Müharibə ilə parçalanmış dövlətdə tərəflər "donuzdan bir tük qoparmaq" istəyir - TƏHLİL
Yaxın zamanlaradək xarici maraqlı tərəflərin, xüsusilə də Rusiyanın, Suriyada qurmaq istədiyi çəkindirmə və tarazlıq sistemi əvvəlcə hərbi vasitələrə əsaslanırdı, amma indi iqtisadi metodlara daha çox diqqət yetirilir
Yenixeber.org: Məsələn, Rusiyanın qitə hissəsini Krım yarımadasına yeni körpü bağlayır və onun Rusiyadan Suriyaya uzanan əsas nəqliyyat marşrutuna çevrilməsi mümkündür. Krım Nazirlər Şurasının sədr müavini Georgi Muradov hələ fevral ayında keçirilən Rusiya-Suriya biznes əməkdaşlığı üzrə forumda bildirib ki, bu marşrut “Suriya infrastrukturunun bərpasına kömək edə bilər”.
3 milyard dollarlıq yol mayın 14-də, Suriyanın Tartus əyalətindəki Manara şəhərində Rusiya-Suriya turizm obyektinin təməl daşını qoyulması ilə eyni vaxtda açılıb. Bu iki hadisənin ortaq cəhətləri var. Hər bir layihə Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə aid olduğuna inanılan şəxsləri ehtiva edir və hər ikisi də Aİ və ABŞ-ın sanksiya siyahılarına salınıb.
Krım körpüsünün tikintisi Putinin uşaqlıq dostu olan milyarder Arkadi Rotenberq tərəfindən idarə olunur. Manara layihəsi “Stroytransqaz” şirkəti, Gennadi Timçenko ilə əlaqəlidir. Rusiyalı oliqarx Timçenko da Putinin köhnə dostlarından birisidir.
Digər layihələr də tezliklə işə salınacaq. Aprel ayında Yalta Beynəlxalq İqtisadi Forumunda Krım Muxtar Respublikası Suriyanın liman şəhəri Latakiya ilə 62 milyard rubl (997 milyon dollar) dəyərində olan layihələrə dair niyyət memorandumu imzalayıb.
Amma Rusiya-Suriya tərəfdaşlığının bir sıra çatışmazlıqları var. Suriya hələ də Rusiya ixracına imtiyazlı rejim yaratmayıb və Rusiya mallarının saxlanılması, emalı və nəqli üçün Suriya infrastrukturunun yoxluğu ciddi problem olaraq qalır.
Suriya hökumətinin nümayəndələri Rusiyanın RBC agentliyinə bildiriblər ki, bu mərhələdə bazarın kiçik həcmini və potensial mənfəəti aşan sanksiyaların yaratdığı riskləri nəzərə alaraq, Rusiya biznesi hələ Suriyaya həvəslə yanaşmır. Suriyaya qarşı sanksiyalar iri şirkətləri öz fəaliyyətlərini vasitəçilər zənciri ilə məhdudlaşdırmağa məcbur edib.
Yanvarın sonlarında Rusiya Enerji Nazirliyi Suriyadakı enerji obyektlərinin bərpası, modernləşdirilməsi və tikintisini nəzərdə tutan “yol xəritəsi”ni imzalayıb. Nazirlik hələlik “xəritə” barədə ətraflı məlumat açıqlamayıb, lakin Rusiya KİV-lərində bildirilir ki, sənəddə Suriyada işləmə riskini adlamaq istəyən şirkətlərin siyahısı var. O cümlədən “Evro Polis” ASC. Şirkət “Kremlin aşpazı”, adı mübahisəli xüsusi təyinatlı paramilitar qrupla (“Vaqner PMC”) əlaqəli olan restorator Yevgeni Priqojinə məxsusdur. Priqojinin də Rusiyanın internet-troll əməliyyatları ilə sıx əlaqədə olduğu ifadə edilir.
“Stroytransqaz” Suriyada geniş qol-qanad açır. 2017-ci ildən sonra mütəxəssislər Raqqa yaxınlığında Şimal qaz emalı zavodunun (GPP-2) tikintisinin son mərhələsinə başlayıb və Tadmor (Palmira) yaxınlığında yerləşən, ölkənin ən böyük fosfat ehtiyatları olan Xunayfis və Əl-Şərqiyyə mədənlərini yenidən qurur. Amma Timçenkoya məxsus şirkətin Manara turizm obyektinin tikintisini başa çatdıra biləcəyi şübhəlidir. Çünki hazırda hərbi və siyasi mühit müharibədən əvvəlki dövrə nisbətən daha mürəkkəbdir.
Neft-qaz sənayesinə gəldikdə, problemlər çoxdur. Bir tərəfdən, ölkənin köhnələn infrastrukturu ucbatından hələ müharibədən əvvəl neft istehsalı azalmağa başlayıb. Digər tərəfdən, Suriyadakı enerji sisteminin əvvəlki əməliyyat səviyyələrinə qaytarılmasına bir neçə faktor maneə törədir. Bu, qismən infrastrukturun azalması, eyni zamanda, böyük neft yataqlarının ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən idarə olunması və Qərb ölkələrinin hələ də davam edən sanksiyaları və yardım boykotları ilə Bəşər Əsəd rejimini iqtisadi cəhətdən cəzalandırmadan irəli gəlir.
Şərqi Suriyanın əraziləri, şimal və cənub-qərbdə iki hərbisizləşdirilən zona Əsədin nəzarətindən kənarda qalır. Bu, Şamın suverenliyi bərpa etməsinə mane olur, ancaq iqtisadi cəhətdən həssas müttəfiqlərinə kömək edə bilər. Bununla belə, Rusiyanın bu sahələrdə uzlaşma səyləri İranın mövqeyinə uyğun gəlmir. Moskvanın taktiki tərəfdaşı olan Tehran Suriyanın ictimai və iqtisadi həyatında çox fəaldır.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyadan qoparılan istənilən güzəştlər, məsələn, Suriya-İordaniya-İraq sərhədində Əl-Tanf hərbi bazasının potensial sökülməsi və Şam-Bağdad quru yolunun açılması ola bilər. Moskva, Suriyanın cənub-qərbindəki zona ilə əlaqədar müqavilələrdən ABŞ-ın şərqdə iştirakını azaltmağa və SDQ-nin idarə etdiyi əraziyə ərəb döyüşçülərinin yerləşdirməsinə maneə törətmək üçün istifadə etmək istəyir. Bu, Suriyanın şərq bölgələrində inteqrasiya perspektivləri açardı.
Güzəşt üçün bir sıra sahə var. İranın dəstəklədiyi xarici vəkillər Suriyadakı bəzi bölgələri tərk edib. Hökumət qüvvələri Dəraadakı milisləri əvəz edib. Eyni zamanda, İranın kəşfiyyat xidmətləri Şərq sakinlərini “Hizbullah” tipli qrupa cəlb etmir. Bu, Suriyanın bərpası üçün perspektivlərə təsir edə bilər. Ancaq Rusiyanın Suriyaya dair öz bərpa planlarını həyata keçirməsi üçün Moskva müharibə sonrası sabitliyi təmin etməli və sıx Suriya-İran əməkdaşlığını qısırlaşdırmalıdır.
Tərcümə: Strateq.az