Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Qarabağ qaziləri və sabiq batalyon komandirləri - ADP-yə niyə toplaşır?

Tural Abbaslı: “Bizlər üçün siyasi hədəflərdən öndə duran ümummilli məsələlər mövcuddur”

Yenixeber.org: Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 101 il ötür. Bu günlə əlaqədar ADP qərargahında Azərbaycan Xalq Hərəkatı tədbir keçirəcək. “Ümid sənədir, Azərbaycan əsgəri” adlanan tədbir saat 12:00-da başlayacaq. 

Tədbir haqqında AXH-nin qurucularından olan, AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a ümumi məlumat verdi: “Tədbirdə AXH rəhbərliyi, üzvləri və ən əsası Qarabağ qaziləri, könüllü batalyonların komandirləri də iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd AXH-nin, Azərbaycan xalqının Milli Ordumuza, əsgərimizə güvənini və ümidini nümayiş etdirməkdir. Həmçinin bu tədbir fonunda Qarabağ problemi və onun həllində ordumuzun və insanlarımızın görməli olduğu işlərin müzakirəsi də olacaq. 1-ci Qarabağ müharibəsində iştirak etmiş qazilərimizin çıxışları və təklifləri güman edirəm ki, hər kəs üçün dəyərli, eyni zamanda faydalı olacaq. Belə tədbirlərlə biz siyasilər bir daha nümayiş etdirmək istəyirik ki, bizlər üçün siyasi hədəflərdən öndə duran ümummilli məsələlər mövcuddur. Qarabağ da bu məsələlərin sırasında ilk yerdədir. Milli Ordu və Qarabağ məsələsi Azərbaycan xalqı olaraq bizləri birləşdirməli olan çox önəmli nüanslardır. Fürsətdən istifadə edərək hər bir vətənsevəri bu tədbirdə iştiraka dəvət edirəm. Gəlin birlikdə Ordumuza, Qarabağımıza layiq gözəl və möhtəşəm bir tədbir keçirək. Ümid edirəm ki, tezliklə ordu günümüzü Qarabağımızn hər guşəsində qeyd etmək bizlərə nəsib olacaq”.

T.Abbaslı tədbirlə əlaqədar hazırlıqların tamamlandığını da söylədi: “Hazırlıqlar əsasən insanların tədbirə cəlb olunması yönündə idi. ADP-nin zalı 200-dən çox adam tutur. Əsas məqsədimiz tədbirin adına uyğun kütləviliyin təmin olunmasıdır. Bəzi texniki məsələlər var. Bayram günü ilə əlaqədar bayraqlar alınmasını nəzərdə tutmuşuq. Hər iştirakçıya bayraq hədiyyə olunacaq. Yay ayı və zalın isti olacağı nəzərə alınaraq, iştirakçılara su paylanacaq. Əsas texniki məsələlər bunlardır ki, o da həll olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam