Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Nazir müavini:“Çalışmalıyıq ki, Azərbaycanda ana və uşaq ölümləri...”

 

“Son illərdə səhiyyə sahəsində müxtəlif dövlət proqramları qəbul olunub. Onların bəzilərinin vaxtı başa çatıb, daha aktual məsələlərlə bağlı olanlara görə yeni dövlət proqramları qəbul olunub. Ölkədə səhiyyə sahəsi ilə bağlı 11 dövlət proqramı fəaliyyətdədir. Dövlət tərəfindən bu proqramlara kifayət qədər vəsait ayrılır”.

Yenixeber.org: Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Respublikada 44 hemodializ mərkəzinin fəaliyyət göstərdiyini xatırladan nazir müavini deyib ki, onların yarısı regionlarda yerləşir.

O bildirib ki, Azərbaycanda vərəmli xəstələrin sayı azalıb.

E. Ağayev vurğulayıb ki, ölkədə uzun illərdir infeksion xəstəliklərə qarşı çox ciddi mübarizə aparılır, respublikada 10-dan çox xəstəliyə qarşı uşaqların təxminən 99 faizi peyvənd edilir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalmaqdadır: “Biz çalışmalıyıq ki, Azərbaycanda ana və uşaq ölümləri baş verməsin”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam