Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bu gün -38 dərəcə isti olacaq

 Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşam arabir güclənəcək. 
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba): şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx): şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam