Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Rusiyadan digər ölkələrə xəbərdarlıq:“Hazırlaşın, sizə “vor zakonlar” gəlir...”

Aktual14 mart — 17:11

 

Bu gün Rusiya Dövlət Duması cinayətkar aləmdə yüksək iyerarxiyaya daxil olan şəxslər, yəni “vor zakon”lar üçün cinayət məsuliyyətini sərtləşdirən və prezident Vladimir Putin tərəfindən irəli sürülən qanun layihəsini qəbul edib. Qanun imkan verəcək ki, “vor zakon” statusu daşıyan cinayətkar aləm nümayəndələri bu statuslarına görə uzunmüddətli həbs cəzalarına məhkum edilsinlər. Vaxtilə bu metodikadan Gürcüstanda Mixail Saakaşvili istifadə etmişdi və nəticədə “vor zakon”lar ölkəni kütləvi tərk etməli olmuşdu.

Yenixeber.org: Qanun layihəsinin müzakirəsi zamanı deputat Aleksandr Xinşteyn başqa ölkələrə tövsiyə edib ki, “vor zakonların” Rusiyadan kütləvi miqrasiyasına hazır olmağa çağırıb. O bildirib ki, Rusiyada artıq beş ildir “vor zakonların” toplantısı olmur. Belələri öz işlərini müzakirə etmək üçün başqa ölkələrə-Türkiyə, Yunanıstan və Ermənistana üz tutmalı olurlar.

“Başqa ölkələrin hüquq-mühafizə orqanlarından həmkarlarımız artıq bizim həmkarlara zəng vururlar və narahat halda soruşurlar ki, Rusiyadan onların ölkələrinə cinayətkar “avtoritetlərin” miqrasiyasına hazırlaşsınlarmı. Aydındır və şübhəsizdir ki, bu miqrasiyaya hazırlaşmaq lazımdır”-Xinşteyn deyib.

Deputatın bildirdiyinə görə 2008-ci ildə Rusiyada 38 “vor zakon” tutulub, 8-i ölkədən çıxarılıb, 14-nün ölkəyə girişi qadağan edilib. Hazırda Rusiya həbsxanalarında 77 “vor zakon” var ki, bu da ölkə üzrə kriminal avtoritetlərin üçdə biridir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam