Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Vor zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır-"Putin-Saakaşvili qanununa" görə...

 

Rusiyalı kriminal avtoritetlər kütləvi şəkildə ölkəni tərk etməyə və özlərinin kriminal “briqadalarını” kənardan idarə etməyə hazırlaşır.

 Yenixeber.org: Bunun səbəbi Rusiyada prezident Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilən və artıq birinci oxunuşdan keçən qanun layihəsidir. Qanun layihəsinə əsasən kriminal iyerarxiyanın rəhbərliyinə daxil olmaq, yəni “vor zakon” titulu daşımaq avtomatik olaraq cinayət məsuliyyəti yaradır və belələrini 15 ilə qədər həbs gözləyir.

“Rosbalt” yazır ki, artıq bu cür qanqsterlərin yarıdan çoxu öz briqadalarını Türkiyə, Azərbaycan, İtaliya və digər ölkələrin ərazilərindən idarə edirlər. Lakin Rusiyanın güc strukturları da öz tədbirlərini görürlər, “vor zakon”ların telefonlarını dinləməyə qoyurlar.

“Vor zakon” titulu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun ilk dəfə Gürcüstanda, 2004-cü ildə baş vermiş “Qızılgül inqilabı”ından sonra tətbiq edilib. Mixail Saakaşvili ölkədə baş alıb gedən cinayətkarlığın və mütəşəkkil cinayətkar qruplaşmaların qarşısını almaq üçün həmin qanun layihəsini irəli sürüb. Bundan sonra Gürcüstanda “vor zakon”ların sayı kəskin azalıb. Onlar ölkəni tərk etməli olublar. Çünki polis əməliyyatı zamanı saxlanılan “vor zakon”lar kameralar qarşısında öz titullarını inkar etsələr kriminal aləmin qaydalarına görə daha bu adı daşıya bilməzdilər. Titulun təsdiqlənməsi isə cinayətin etirafı mənasını verirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam