Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən saxlanıldı
Bakıda vəzifəli polis zabiti ölkədən qaçarkən saxlanılıb

 
Sabunçu rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Mehman Əsədov hava limanında yaxalanıb. Onunla yaxın münasibətdə olan Aygün adlı qadın isə axtarışa verilib.


İlkin məlumata görə, Aygün adlı şəxs xeyli vətəndaşa pensiya düzəltmək adı ilə pullarını mənimsəyib. M.Əsədovun da həmin işlə bağlılığı olduğu üzə çıxıb.

13-cü polis bölməsindən bildirildi ki, M.Əsədov bir müddət əvvəl müavin vəzifəsindən uzaqlaşdırılıb. Ölkədən getməsi üçün viza hazırlayırmış.(criminal.az)