Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

1 ədəd top mərmisi aşkar olunub-Beyləqanda

 

 

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

Yenixeber.org: ANAMA-dan verilən xəbərə görə, bu barədə 23 oktyabr tarixində günorta saatlarında Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 23 oktyabr tarixində baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 24 oktyabr tarixində də davam etdirilmiş, nəticədə əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 26 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

2018-ci il 23-24 Oktyabr tarixlərində keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam