Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ABŞ İncirlikdəki hərbi bazasının daha bir hissəsini Türkiyədən çıxarıb

 

 

 ABŞ Türkiyənin Adana bölgəsindəki İncirlik hərbi hava bazasında yerləşdirdiyi “Armag” mobil silah deposunu başqa yerə köçürüb.

Yenixeber.org:  “Hurriyet” xəbər verir ki, buna səbəb olaraq, deponun İncirlikdə qalmasına ehtiyac olmadığı göstərilib.

Məlumata görə, depo müharibə əməliyyatlarının həyata keçirildiyi başqa bir bazaya aparılıb. Amma həmin bazanın hansı ölkədə yerləşdiyi açıqlanmayıb. 

Bununla da ABŞ bu bazadan köçürdüyü silah deposunun sayı 3-ə çatıb. Deponun birinin ağırlığı 40 ton, uzunluğu 15 metrdir. Depo İncirlik ərazisindəki Travis hərbi hava bazasından gələn 22-ci Hava Nəqilyyat Donanmasına aid “C-5M Super Galaxy” yük təyyarəsi ilə yeni ünvana daşınıb.  

ABŞ Hərbi Hava Qüvvələri uzun illərdir Adanadakı İncirlik bazasında “Armag” mobil silah deposu yerləşdirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ hərbçilərini Türkiyə və Qətərdən çıxararaq, İordaniya və Küveyt ərazisindək bazaya köçürəcəyi barədə məlumat yayılmışdı. Bu xəbər yayıldıqdan sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Amerika hərbçilərinin Türkiyədəki "İncirlik" və Qətərdəki "Əl-Udeyd" hərbi bazalarının tərk edilməsi barədə KİV-də yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, Travis hərbi hava bazası ABŞ-ın Kaliforniya ştatında yerləşir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam