Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Vəkil olmaq istəyən 23 nəfər imtahanın nəticələrindən narazı qalıb

Vəkil olmaq istəyən 23 nəfər imtahanın nəticələrindən narazı qalıb

 

 

 

   Bu il yanvarın 28-də keçirilmiş vəkilliyə qəbul üzrə yazılı test imtahanı nəticəsində imtahanda bilavasitə iştirak etmiş 1873 namizəddən 607 nəfəri imtahanı uğurlar keçərək müsabiqənin növbəti mərhələsinə - şifahi imtahana buraxılıb

 

Yenixeber.org: Bu barədə Vəkillərin İxtisas Komissiyasından məlumat verilib.

Bütün namizədlərlə bərabər şəraitdə keçirilən bu imtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilib, şəffaflığın təmin edilməsi məqsədilə imtahanın nəticələri həmin gün yoxlanılaraq mətbuatda işıqlandırılıb.

Yazılı test imtahanın nəticələrinə görə, müvafiq bal toplaya bilməyərək imtahanın bu mərhələsini keçə bilməyən 1266 namizəddən 23 nəfəri imtahan nəticələrinin onların iştirakları ilə yenidən araşdırılmasını xahiş edib.

Bununla əlaqədar, bu gün Dövlət İmtahan Mərkəzinin inzibati binasında İmtahan Mərkəzinin, Vəkillər Kollegiyasının rəhbərliyinin və Vəkillərin İxtisas Komissiyasının bir sıra üzvlərinin, habelə namizədlərin bilavasitə iştirakı ilə qaldırılan məsələlər araşdırılıb.

Proses zamanı vəkilliyə namizədlərin cavabları bir daha yoxlanılmaqla nəticələrin düzgün hesablandığı müəyyən olunmuş, onlar öz cavab vərəqələri ilə tanış edilib, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılıb və müvafiq izahlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam