Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Düşmən 50-yə yaxın itki verib” -Polkovnik

“Ermənistan tərəfi aprel döyüşlərində olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Onlar öz məğlubiyyətlərini göstərməmək üçün bu məlumatları açıqlamır, ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”.

Yenixeber.org:  Bunu AzVision.az-a Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Hərbi ekspert bildirib ki,düşmən son hadisələr zamanı 50-yə yaxın itki verib: “Düşmən bu barədə məlumat vermir. İtkilərin sayını gizli saxlayırlar. Ermənistan rəhbərliyi bununla xalqı aldatmağa cəhd göstərir. Düşmənin itkiləri bizdən qat-qat çoxdur”.

C.Xəlilov qeyd edib ki,Ermənistan rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirir: 

“Cəbhədə şəhid olan hərbçilərin cəsədlərinin döyüş meydanından çıxarılması barədə əldə edilmiş razılaşmanın pozulması bunun daha bir əyani sübutudur. Ermənistan tərəfi, həmçinin münaqişənin nizamlanması üçün beynəlxalq təşkilatların irəli sürdükləri tələblərə də həmişəki kimi biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması,yeni şərtlər qoyulması beynəlxalq hüquq normalarına daban-dabana ziddir və erməni xislətindən irəli gəlir”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam