Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ordumuz körpə uşağın qisasını aldı” -Ehtiyatda olan general-leytenant

“Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu döyüş hazırlığındadır, əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz hər hansı təxribata həmin anda dəqiq cavab verməyə hazırdır”.

Yenixeber.org:   Bu fikri AZƏRTAC-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov cəbhədə baş verən son hadisələrə münasibət bildirərkən deyib.

Y.Aydəmirov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri iyulun 7-də Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısını, Alxanlı kəndində həlak olan körpə uşağın və onun nənəsinin qisasını aldı. Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vuruldu.

Sadəcə Ermənistan tərəfi cürət edərək itkilərini boynuna almır. Onlar yalan iftiralar yaymaqla məşğuldurlar. Ermənilər vəziyyəti gərginləşdirmək üçün ehtiyat hissələrini bir neçə istiqamətdə ön xəttə çəkiblər. Həmin bölmələrə də ordumuz tərəfindən güclü atəş zərbələri vuruldu. Düşmən altı nəfərdən az olmayaraq itki verib. Həmin artilleriya sistemləri ilə atəş zamanı düşmənin digər canlı qüvvə və texnikaları da tələfata uğrayıb. Misal üçün, artilleriya bölməsinin bir topunun mərmisinin qəlpələrinin məhvetmə radiusu 50 metrdir. Həmin mərmilərin qəlpələri 50 metr ətrafa səpələnir və orada heç bir canlı qüvvənin sağ qalması mümkün deyil. Onlarda tələfat həddindən artıq çoxdur. Bunu gizlətməyə çalışsalar da xeyri olmayacaq. Düşmən tərəfi ancaq fotomontajla, yalan videomateriallar yaymaqla məşğuldur. Çünki onlar itkilərini boyunlarına almaq istəmir və vəziyyəti gərginləşdirməkdə davam edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam