Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

700 bal toplayan 6 nəfər və minlərlə “2” alan

Təhsildəki problemi həll etmək əvəzinə, qısır təsəlli nümayişi

Xeberinfo.com:  Xoş xəbərlərə, uğurlu nəticələrə, müsbət məqamlara o qədər tamarzı qalmışıq ki, ən xırda uğurdan da təsəlli düzəldə bilirik. Ümumiyyətlə, avtoritar idarəçiliyin hökm sürdüyü ölkələrdə ən pis nəticəni, ən yaxşı nəticə kimi cəmiyyətə sırımaq olur. Yaşadığımız ölkədə də belə “uğur” faktları çoxdur.

Bir neçə gündür mətbuatda “6 abituriyent 700 bal toplayıb” başlıqlı xəbərlər bir-birini əvəz edir. Bəli, 24921 abituriyent imtahan verib və 6 abituriyent 700 bal toplayıb.  Həm də əvvəllər neçə nəfərin 0-100 bal topladığını da açıqlayırdılar. Indi isə yalnız 700 bal toplayanları önə çıxararaq, təhsilidəki inkişafı, nəticələrin yaxşılaşdığını qabartmaq istəyirlər.

Qeyd edək ki, ötən imtahanlarda abituriyentlərin 80 faizdən çoxu “2″ qiymət almışdı. Ümumiyyətlə, son illər keçirilən imtahanlar rüsvayçı nəticələrlə yadda qaldı. Hətta müəllimlərin imtahan nəticələrinin bərbad olduğu da üzə çıxdı. Azərbaycan təhsilinin korrupsuyaya bulaşdığı, orta məktəbin funksiyasını itirdiyi, kütləvi savadsızlığın fontan vurduğu bəlli həqqiətdir və buna qarşı ciddi mübarizə aparmaq lazımdır. Bizim hökumətimiz isə 6 şagirdin timsalında problemdən yayınmaq istəyir. Əslində, 24921 tələbədən yalnız 6 nəfərinin 700 bal toplaması biabırçı nəticədir. Vəziyyət o qədər pisdir ki, 6 nəfərin yüksək nəticəsi sensasiya kimi təqdim edilir. Bu nəticələrlə, təhsilin bu qədər qısır təsir imkanı ilə hara getmək olar?

6 nəfərin 700 bal toplamasına görə sevinmək əvəzinə, minlərlə abituriyentin “2″ almasına görə xəcalət çəkməliyik.

Qısır uğurları inkişaf kimi təqdim etdikcə, özümüzü aldatmaqla vaxt öldürdükcə, vəziyyət daha da pisləşəcək. Yaralı ayağın qanaxmasını dayandırmaq əvəzinə, sağlam ayağa baxıb sevinirik.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam