Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Abituriyentlərin yarıdan çoxu 200 bal da yığa bilməyib - RƏZALƏT

 

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz) 200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb.

Xeberinfo.com:  "Report" xəbər verir ki, iyul ayının 23-ü II qrup üzrə imtahan verən 22 135 abituriyentdən 10 621 nəfəri müsabiqədə iştirak etmək hüququ əldə edib. İmtahan verən 11 514 abituriyent müsabiqə şərtlərini ödəməyib, yəni keçid balını (200 bal) toplaya bilməyib.

II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.

III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.

III qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 607 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 1358 nəfər 500-600 arası, 1992 nəfər 400-500 bal arası, 2513 nəfər 300-400 bal arası, 3 065 nəfər isə 200-300 bal arası nəticə göstərib.

Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam