Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Anar Məmmədov‬un Londondakı bahalı mülkü

anar-mamedov-640000

“Nə üçün ziyaların, anarların oğurladıqları pulların…”

Xeberinfo.com:   “Bu günlərdə daha bir dəhşətli məlumatla rastlaşdım. Belə ki, 2009-cu ildə Londonun ən bahalı hissəsində 1.15 milyard funt sterlinq (təxminən 1.7 milyard ABŞ dolları) dəyərində dünyaca məşhur ‪”‎One Hyde Park”‬ dəbdəbəli yaşayış kompleksi inşa edilib. Həmin kompleksdə olan ən ucuz mənzilin dəyəri 20 milyon funt sterlinqdən (29 milyon ABŞ dolları) başlayır. Mənzil sahibləri arasında Ukraynanın ən varlı adamı sayılan Rinat Axmetov, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev, ərəb şeyxləri və tanınmış iş adamlarının adlarına rast gəlmək olar. Sahiblər arasında diqqətimi çəkən isə Azərbaycan büdcəsini dədə malı kimi talayan Ziya Məmmədovun oliqarx oğlu ‎Anar Məmmədov‬ oldu”.

Aslan-ISM1Məlumata görə, bunları tanınmış vəkil Aslan İsmayılov özünün Feysbuk səhifəsində yazıb. Vəkil deyir ki, Anar Məmmədovun adı həmin siyahıda görkəmli sahiblər arasında xüsusi yer tutur. “Yəni ölkəyə gələn milyardlarla pulu mənimsədikdən sonra vətəndaşlarımızı borc burulğanına salan hakimiyyət nümayəndələrinin bundan xəbəri yoxdur?! Nə üçün Azərbaycan vətəndaşları ziyaların, anarların oğurladıqları pulların bədəlini ödəməlidir və bu azmış kimi hələ gələcək nəsillər indi götürüləcək kreditlərə cavabdeh olmalıdırlar?!Heç olmasa vicdanları ola oğurladıqlarının az bir qismini qaytarıb gələcək nəsli borclandırmayalar. Ancaq bir şeyə əminəm, bu günə qədər haramı sona qədər rahat yeyən görməmişəm!”

Vəkil sonda araşdırmaçı jurnalistlərdən bu məsələ ilə bağlı araşdırma aparmağı xahiş edir:“Anar Məmmədovun həmin kompleksdə hansı dəyərdə, neçə mənzilə sahib olduğunu ictimailəşdirsinlər. Xalq onu bu günə salanları tanımalıdır!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam