Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Pezeşkian Trampa məktub göndərib

Pezeşkian Trampa məktub göndərdi

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampa məktub göndərib.

Yenixeber.org: Bu barədə İran parlamentinin keçmiş üzvü Mustafa Kəvakebian məlumat verib.

Onun sözlərinə görə, məktubun göndərilməsi üçün İranın ali rəhbəri Əli Xameneidən icazə alınıb və məktubun daşıyıcısı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman olub.

Məktubun məzmununun dialoqa çağırış olduğunu deyən Kəvakebian qeyd edib ki, burada İranın kapitulyasiyaya əsaslanan danışıqları qəbul etmədiyi və buna görə də iki tərəfin bərabər şəraitdə, qarşılıqlı müzakirələrə başlamağa hazır olduğu göstərilib.

Sabiq deputat əlavə edib ki, məktubun göndərilməsi artıq öz təsirini göstərib və Tramp dərhal bildirib ki, ABŞ danışıqlar aparmağı nəzərdə tutur.

"Bu, bizim müharibə niyyətində olmadığımızı və sülh üçün dialoq imkanlarını açıq saxladığımıza işarədir", - deyə sabiq millət vəkili vurğulayıb.("Azad İran")



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam