Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

REGİONDA BÖYÜK SAVAŞ HAZIRLIĞI… –İki vəliəhd-şahzadə üzərində qurulan fəlakət ssenarisi baş tutacaqmı? - TƏHLİL

İbrahim KARAGÜL

“Yeni Şafak”, Türkiyə, 24 noyabr 2018-ci il

 

Türkiyə bu gündən etibarən seçki atmosferinə girir. AKP bələdiyyə seçkilərində irəli sürəcəyi namizədlərin əhəmiyyətli hissəsinin adlarını bu gün açıqlayacaq.

Yenixeber.org: Bu bir həqiqətdir ki, gözlənilən seçkilərdə əsas müzakirə mövzusu AKP ilə digər partiyaların yarışından çox, iqtidar partiyasının necə bir seçki prosesi aparacağı, hansı yenilikləri edəcəyi, irəli sürdüyü namizəd profilləri ilə nəyi göstərəcəyi, siyasətə yeni nələr gətirəcəyi olacaq.

Kampaniya dövründə ağırlıq mərkəzi seçkidən çox, AKP-nin seçki ritorika və metodları olacaq. Bu da Türkiyə siyasətində, digərlərinə nisbətən, AKP-nin siyasi ritorikası və insan gücünün çox irəlidə olmasından qaynaqlanır. Əlbəttə, bu gündən etibarən bunları yazacaq, danışacaq və müzakirə edəcəyik.

 

                                    Bu, regional müharibə hazırlığıdır

 

Ancaq regionumuzda olub-bitənlərə də əsla üz çevirməyəcəyik. Çünki, çox böyük ehtimalla, bu seçki dövründə olduqca radikal, Türkiyə daxil olmaqla, bütün regiona təsir edəcək hadisələrə şahid olacağıq.

İsrailin Baş naziri Benyamin Netanyahunun Omandan sonra Bəhreynə səfər etməyi planlaşdırması, Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın Camal Xaşuqci cinayətindən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) getməsi, Misir, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrilə İsrail arasında baş verən qəribə gediş-gəlişlər bizə narahatlıq yaradan işarələr verir.

Netanyahunun gözlənilən Bəhreyn səfərilə bağlı verilən şərh belədir: “Bu ziyarət başqa bir Orta Şərq yaradılmasına, yaranacaq yeni duruma böyük hazırlıqdır. Tarixin axışını dəyişdirməkdir…”.

Bu şərhi mən regional müharibə, Bəsrə körfəzilə Qırmızı dəniz arasındakı bütün ölkələri əhatə edəcək regional yanğının ön hazırlıqları olaraq oxuyuram.

Orta Şərqin yenidən qurulması, Türkiyəni qarşısına alacaq və regionun kənarına itələyəcək bir ox üçün cəbhələr qurulur. Bu hazırlıqların nəticələrini, bəlkə də, seçki dövründə aydın şəkildə görə biləcəyik. Camal Xaşuqci hadisəsilə bağlı etdiyimiz müzakirə və mübahisələrin əsas mövzusu, istiqaməti də daima bu idi.

Məlum olduğu kimi, bunların hamiləri də ABŞ, İngiltərə və İsraildir. İqtisadi və güc baxımından məsuliyyəti üzərinə götürən əsas ölkə isə Səudiyyə Ərəbistanıdır. Xaşuqci cinayətinin təlimatını verən vəliəhd-şahzadə Məhəmməd bin Salman da məhz bu üzdən Səudiyyə Ərəbistanına lider edilib. Bütün regional koordinasiyanı həyata keçirən isə BƏƏ vəliəhd-şahzadəsi Məhəmməd bin Zaiddir.

Yüz il öncəki işğal cəbhəsi yenidən qurulub. Görünüş etibarı ilə İranı cəzalandırmağa yönəlik olan bu plan, əslində, Türkiyəni tamamilə region xaricinə itələməyə, Anadoluda sıxışdırmağa yönəlik olaraq tərtib edilib.

 

                                      Səudiyyə Ərəbistanı bir qərar verməlidir

 

Layihənin açar – həlledici ölkəsi olan Səudiyyə Ərəbistanı ya bu gününü, ya da sabahını xilas etməsi arasında bir seçim etməlidi. Əgər bu gününü qurtarma dərdinə düşərsə, həm Səudiyyə Ərəbistanı, həm də region məhv olacaqdır. Ər-Riyad israr edə, vəliəhd-şahzadəni qurtara və bu günü ötüşdürə bilər, lakin gələcəyi itirər. Çünki Səudiyyə Ərəbistanı bunu edərsə, tam mənası ilə, “girov götürülmüş ölkə” halına düşər.

Məhəmməd bin Salman və Məhəmməd bin Zaid üzərində qurulmuş bu layihə regionun məhv edilməsini, ondan öncə isə Səudiyyə Ərəbistanının parçalanmasını hədəfləyir. Xüsusilə nəzərə alınmalıdır ki, Məhəmməd bin Zaidin Qırmızı dəniz və Bəsrə körfəzi ətrafındakı, – Yəmən, Somali, Sudan, Misir, Suriya, İraq və Ermənistankimi, – hər bir nöqtəyə yönəlik həyata keçirdiyi əməliyyatlar xarici müdaxilədir, böyük bir layihənin infrastrukturunun hazırlanmasıdır.

 

                                Onlar böyük cəbhəni bizə qarşı qururlar

 

Bu şəxsin Türkiyəni tamamilə mühasirəyə alacaq bir şəkildə hər bölgəyə müdaxilə etməsi BƏƏ planı deyil, beynəlxalq ssenaridir. Onun terror fondu, təşkilatları və sui-qəsd dəstələri yaratması pis bir gələcəyin xəbərçisidir. Bəziləri I Dünya Müharibəsi zamanı Osmanlıya qarşı qurulan cəbhəni indi Türkiyəyə qarşı qurur.

Bu ssenari BƏƏ-nin pulu, Səudiyyə Ərəbistanın isə həm pulu, həm də gücü ilə biçimlənir. Layihəni həyata keçirənlər isə Məhəmməd bin Salman və Məhəmməd bin Zaiddir. Onlar bunu beynəlxalq aləmə “mülayim islam”la, Qərbə şirin görünməklə bazarlayırlar. Özü də bunu müdhiş bir Türkiyə, Osmanlı düşmənçiliyini təhrik edərək, yeni tip ərəb millətçiliyi dalğası yaradaraq, etməyə çalışırlar.

 

Baş tutmayacaq plan: türk-ərəb müharibəsi

 

Yeni oxun arxasındakı ağıl türk-ərəb müharibəsi istəyir. Yüz il öncəki ssenari yenidən səhnəyə qoyulur. Lakin bunu bacara bilməyəcəkləri ortadaikən, bəzi ərəb elitalarının bu yöndə səfərbər olması böyük bədbəxtlikdir. Zamanı gələndə bu dairələrin öz siyasi gələcəklərinin necə yox olacağını hamımız birlikdə görəcəyik.

Əslində, görməyə başladıq belə. Türkiyə bütün bu hesabları bilir və addımlarını ona görə atır. Bu oyuna gəlməyəcək, gəlməyəcəyini də göstərib. Türkiyənin oyuna gəlmədiyi bir yerdə də regional miqyaslı heç bir hesab baş tutmayacaq.

 

                                    Ər-Riyadın siyasi korluğu: təhlükə qapıya dayandı

 

Daha da önəmli olan odur ki, bütün bunlar Ər-Riyad administrasiyasının siyasi korluğuna görə tətbiq sahəsi tapa bilir. Bu korluğun hesabını səudi xalqı və ölkəsi ödəyəcəkdir. Təhlükə altında olan, Suriyadan sonra açıq hədəf bu ölkədir. Birbaşa iki vəliəhd-şahzadə vasitəsilə tələ qurulan ölkə bu ölkədir.

Təhlükə Səudiyyə Ərəbistanının sərhəddinə dayanıb. Ərəb ölkələri bugünədək özlərinə yönəlik olan heç bir beynəlxalq təhdidi dəfetmə gücü və təşəbbüsünü göstərə bilməyib. Bunun səbəbi Qərbdən bu qədər asılılığın olması və siyasi korluq, bütün regiona yönəlik Qərb planlarını dərk edə bilməməkdir. Sadəcə ABŞ və Qərb ölkələrilə olan yaxşı münasibətlərin onları xilas edəcəyinə inanmalarıdır. Halbuki bu, yalnız yaxşı münasibətlərlə idarə edilə biləcək bir proses deyil, yüzlərlə illik bir hesabdır. Müdrik bir gələcək perspektivi olmadan, bu işin öhdəsindən gəlmək mümkün deyil.

 

                                Ərəb-fars sərhəddi səudi sərhəddinədək geriləyib

 

Hazırda Səudiyyə Ərəbistanı inanılmaz şəkildə oyun, talan meydanına çevrilib, bu da Ər-Riyadın çaşqınlığını daha da artırıb. Belə ki, o, vəliəhd-şahzadə böhranından çıxmağa imkan verəcək bir təşəbbüsü belə irəli sürə bilməyib. Bu qədər yara almış bir vəliəhd-şahzadənin Səudiyyə Ərəbistanının rəhbərliyinə gəldiyini düşünün. Bu ölkənin beynəlxalq aləmdə yeri harada olacaq? Ər-Riyad administrasiyası bunu belə, görə bilmir!

1991-ci ilin Körfəz Müharibəsindən bu yana regionda baş verən məğlubiyyətlər səudilərin siyasi korluğu nəzərə alınaraq planlaşdırılıb və həyata keçirilib. Ərəb-fars sərhəddindəki dəyişikliyə diqqətlə baxın. 1991-ci ilədək İraq-İran sərhəddi ərəb-fars sərhəddi idi. İndi isə bu sərhəd Səudiyyə Ərəbistanının sərhədlərinədək geriləyib

 

                             Məkkə və Mədinə ilə bağlı inididən qayğı duyulmalıdır

 

Məkkə və Mədinə ilə bağlı çox ciddi mübahisələrin başlamasının yaxınlaşdığını hiss edirəm. Türkiyə və digər müsəlman ölkələri, xüsusilə son gizli Qüds anlaşmasından sonra, bu iki müqəddəs şəhərlə bağlı öz siyasi düşüncələrini indidən, zehinlərində də olsa, yetkinləşdirməyə çalışmalıdır. Çünki qərblilər bunu bizdən öncə ssenariləşdirməyə başlayıb artıq.

Biz bələdiyyə seçkilərilə məşğul olarkən, regionumuzda baş verən çox sürətli dəyişiklərə şahid olacağıq.Lakin Türkiyə içinə qapanıb, xaricini unudan bir ölkə olmaqdan çoxdan çıxıb. Belə bir düşüncələri varsa, işə yaramayacaq.Tərcümə Strateq.az-ındır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam