Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü -FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.
Yenixeber.org: Bu barədə H.Hacıyev “X” hesabında paylaşım edib.
“Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəminin irəlilədilməsi və regional əlaqə layihələrinin icrası da daxil olmaqla çox sayda məsələləri əhatə etdi. Həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi apardıq və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq ruhunu bir daha təsdiqlədik”, - paylaşımda deyilir.










AZ
RU