Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı.

Yenixeber.org xəbər verir ki, ötən il Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 7,539 milyon manat (əvvəlki illə müqayisədə 4,3 % çox), digər gəlirləri 6,281 milyon manat (0,6 % çox), əməliyyat xərcləri 6,755 milyon manat (9,8 % çox), inzibati xərcləri 6,501 milyon manat (12,7 % az), ümidsiz borclarla bağlı xərclər isə 1 min manat (97,3 dəfə az) təşkil edib. Qurum mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Agentliyin aktivlərinin dəyəri 20,989 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24,8 % azalaraq 348 min manata düşüb, balans kapitalı isə 2,8 % artaraq 20,64 milyon manata çatıb.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi Prezident İlham Əliyevin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 6,228 milyon manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam