Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Nazirlik rəsmisi yay aylarında düzgün qidalanma ilə bağlı vətəndaşlara müraciət edib

Nazirlik rəsmisi yay aylarında düzgün qidalanma ilə bağlı vətəndaşlara müraciət edib

Yay aylarında 60 yaş aralığında insanlar qidalanma ilə bağlı problemlərlə daha çox qarşılaşır.

Yenixeber.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib.

Onun sözlərinə görə, yay ayları insanların daha çox tətil və istirahətə üz tutduğu bir zamandır:

"Qarşıdan gələn bayram və tətil günlərində qidalanma məsələsində xüsusilə diqqətli olmaq lazımdır. Çünki bu dövrdə qeyri-nizamlı və həddən artıq qida qəbulu halları daha çox müşahidə olunur. Bu da tez-tez şişkinlik, kökəlmə, qəbizlik, qaraciyər və mədəaltı vəz yağlanması, şəkər və xolesterin səviyyəsində yüksəlmələrlə nəticələnə bilər".

Mütəxəssis eyni zamanda gün ərzində yalnız bir dəfə qidalanmanın çox yanlış olduğunu diqqətə çatdırıb:

"Bəzi insanlar elə düşünür ki, gün ərzində bir dəfə qidalanmaqla arıqlayacaq, yaxud sağlam qalacaq. Bu, çox səhv yanaşmadır. Əgər insanın hər hansı xroniki xəstəliyi yoxdursa, oturaq həyat tərzi keçirmirsə və porsiyalar balanslıdırsa, gündə 3 əsas yeməklə də kifayətlənmək mümkündür. Qidalanma tezliyi ilə yanaşı, yeməklərin keyfiyyəti və tərkibi də olduqca önəmlidir".

Qastroenteroloq yayda daha çox tərəvəz, meyvə, süd məhsulları və bol su qəbulunu tövsiyə edib:

"Yay aylarında havanın temperaturu yüksək olduğu üçün iştah azalır, orqanizm daha çox maye və yüngül qidalar tələb edir. Belə günlərdə tez-tez ağır yeməklər yemək orqanizmdə narahatlıq, tərləmə və həzm pozğunluqları yarada bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam