Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Hamı Türkiyədə Putinlə görüşə hazırdır -Zelenskidən AÇIQLAMA

 

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir.

Yenixeber.org xəbər verir ki, bunu V.Zelenski mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır.

"Gəlin bunu edək. Mən Türkiyədə olacağam. Prezident Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olacaq. Hamı Rusiya lideri ilə görüşə hazırdır – istər Ankarada, istər İstanbulda. Üstəlik, bu, onun təşəbbüsü olub", - V.Zelenski qeyd edib.

O bildirib ki, Rusiyadan birbaşa danışıqlarla bağlı siqnal daxil olub. Eyni zamanda, ABŞ Rusiya və Ukrayna liderləri arasında dialoqun başlanmasını dəstəkləyib. V.Zelenski Vaşinqtonun ideyasını dəstəklədiyini qeyd edib, "çünki Kiyev müharibənin başa çatması üçün bütün yolları dəstəkləyir". Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu ifadə etsə, bu "müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsi üçün yol açacaq".

Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu bildirsə, bu, "müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsinə yol açacaq"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam