Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Elşad Abdulayev də Baş Prokurorluğa çağırıldı -İTTİHAM VAR...

Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad İslam oğlu Abdulayev Baş Prokurorluğa dəvət olunub.

Yenixeber.org: Bu barədə İTV-yə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Elşad Abdullayevə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.

Təqsirləndirilən şəxs 1954-cü il təvəllüdlü Elşad islam oğlu Abdullayevdir. Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci dağlıq küçəsi 3105-ci məhəllədə yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inizbati binasına gəlməlidir.

Elşad Abdullayevə münasibətdə 98765 nömrəli cinayət işi üzrə Azərbaycanın Cinayət Məcəlləsinin 137.5.1 (insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası - bu məcəllənin 137.1–137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər), 137.5.2 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 137.5.3 ( zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə), 213.2.2 (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səahliyyətlərini aşma), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma) və 29, 312.2-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilir.

Elşad Abdullayev 2009-cu ilin mart ayından dekabr ayınadək olan müddət ərzində rektor olduğu Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş həmin əməlinə görə qanuni qüvvəyə minmiş hökmü ilə məhkum olunmuş tibb müəssisəsinin baş həkimi ilə qabaqcadan əlbir olaraq ümumilikdə 104 min 676 manata bərabər 130 min ABŞ dolları məbləğində pul vəsaiti müqabilində Ukraynadan Azərbaycana böyrəklərin transplantasiyası məqsədilə gətirilmiş donorlardan həmin tibb müəssəsində qanunsuz olaraq böyrəklərin götürülüb, əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatının keçirilməsində, tələbələrdən külli miqdarda rüşvət alma cinayətləri törədilməsi vasitəsi kimi ali təhsil müəssisəsi olan Azərbaycan Beynəlxalq Universitetini təsis etməklə universitetin rektoru vəzifəsində işlədiyi 2002-2010-cu illər ərzində tabeçiliyndə işləyən şəxslərə qabaqcadan əlbir olub, onların və digərlərinin vasitəsi ilə Dövlət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəbə qəbul ola bilməyən ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alaraq xarici ölkələrin ərazisində ayrı-ayrı ali təhsil məktəblərində təhsil almadıqları halda, guya onların göstərilən təhsil məktəblərinə qəbul olunmaları barədə məzmununa bilə-bilə yalan daxil edilmiş rəsmi sənədlər tərtib edilib, təhsil almaları rəsmiləşdirildikdən sonra Azərbaycan Beynəlxalq Universitetinin müvafiq fakültələrinə köçürülmələrini təşkil edərək, qeyd olunan qanunsuz hərəkətlərinə görə, ayrı-ayrı tələbələrdən ümumilikdə 370 min 586 manat məblğində külli miqdar təşkil edən pul vəsaitini təkrarən rüşvət kimi almasına, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin davam etdirilməsi və digər qanunsuz əməllərinin həyata keçirilməsini təmin etmək üçün rüşvət qismində vəzifəli şəxslərə çatırılması məqsədilə 2005-ci ilin oktyabr-noyabr aylarında 1 milyon ABŞ dolları, 2009-cu ilin avqust-oktyabr aylarında 1 milyon ABŞ dolları, 2010-cu ilin əvvəllərində 130 min ABŞ dolları və 500 min manat, 27 dekabr 2003-cü il tarixində 1 milyon 500 min ABŞ dolları, 2010-cu ilin aprel ayında 1 milyon ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrlər üzrə rəsmi məzənnə ilə 4 milyon 610 min 153 manata bərabər 5 milyon 130 min ABŞ dolları məbləğində pul vəsaitlərini rüşvət qismində verməsinə, Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işlədiyi 2007-2011-ci illərdə 1 milyon 319 min 772,03 manat vergiləri dövlət büdcəsindən yayındırmasına əsaslı şübhələr müəyyən edilib.

98765 nömrəli cinayət işi üzrə 20 avqust 2013-cü il tarixli qərarla Elşad Abdullayev barəsində axtarış elan edilib və Nəsimi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam