Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb

 

Kommunikasiyaların açılması təklifini Ermənistan deyil, Azərbaycan tərəfi irəli sürüb.

Yenixeber.org-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində bildirib.

C.Bayramov qeyd edib ki, kommunikasiyaların açılması məsələsi 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamədə əks olunub.

"İki ölkə arasında kommunikasiyanın açılması ilə bağlı ümumi bəyanat, həmçinin Azərbaycanın qərb sərhədlərindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid haqqında konkret qeyd mövcuddur", - XİN rəhbəri vurğulayıb.

O xatırladıb ki, hələ sovet dövründə bütün Azərbaycan ərazisini birləşdirən dəmir yolu olub: "Bu yol sovet dövründə Azərbaycan dəmir yolu sisteminin bir hissəsi idi. 2021-ci ilin yanvarında aparılan və aktiv fazası məlum olduğu kimi, 2023-cü ilə qədər davam edən danışıqlar zamanı biz vəziyyətin həlli üçün dəfələrlə təkliflər irəli sürdük".

C.Bayramovun sözlərinə görə, lakin Azərbaycanın konstruktiv yanaşmasına baxmayaraq, Bakı hər dəfə 2020-ci il razılaşmalarına əsaslanan həllər təklif edəndə, onlar şübhə altına alınırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam