Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Gəncliyin Vətən Yolu” konfransı: Milli Ruhun Dirçəlişi

“Gəncliyin Vətən Yolu” konfransı: Milli Ruhun Dirçəlişi

Gənclər arasında milli kimliyi möhkəmləndirmək və onların vətənə bağlılığını artırmaq məqsədilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən  “Gəncliyin Vətən Yolu” adlı konfrans təşkil edilib. 

Üç ay davam edən bu layihəyə rəhbərlik edən Nəsimi Həsənov tədbirin əsas məqsədinin gənclərin dövlətçilik ideyalarına daha dərindən yiyələnməsi olduğunu bildirib.

Konfransın keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik anlayışını praktik olaraq dərk etdirmək, onların ictimai fəallığını artırmaq və dövlətə xidmət yollarını göstərmək olub. 

Region gənclərinin milli dəyərlərə bağlılığını möhkəmləndirmək baxımından mühüm rol oynayıb.

İştirakçılar üçün təşkil edilən müzakirələrdə Azərbaycanın müasir dövrdə üzləşdiyi çağırışlar, vətənpərvər gəncin üzərinə düşən vəzifələr və milli kimliyin qorunmasının önəmi kimi məsələlər əsas diqqət mərkəzində olub.

Konfransda müxtəlif aspektlərdən vətənpərvərlik anlayışı müzakirə edilib. Azərbaycan tarixində milli qəhrəmanlıq nümunələri, dövlət və vətəndaş münasibətləri: vətənpərvər vətəndaş necə olmalıdır?, müasir dövrdə gənclərin informasiya təhlükəsizliyində rolu, Şəhidlərimizin mirası: keçmişdən gələcəyə mesaj, Lənkəran gənclərinin dövlət quruculuğunda iştirakı: yeni imkanlar və çağırışlar kimi mövzular gənclərin xüsusi marağına səbəb olub.
Müzakirələr zamanı vurğulanıb ki, gənclər yalnız hərbi xidmətlə deyil, eyni zamanda təhsil, elm, mədəniyyət və sosial fəaliyyət sahələrində vətənə fayda verə bilərlər. Dövlətin inkişafında hər bir gəncin rolu olduğu kimi, onların öz üzərlərinə düşən məsuliyyəti dərk etməsi vacibdir.

Konfransın gənclər üzərində yaratdığı təsir əhəmiyyətli olub. Müzakirələr və çıxışlardan sonra gənclərin milli ruhunun yüksəldiyi müşahidə edilib. Bu layihə onların təşəbbüskarlığını artırmaqla yanaşı, dövlət və cəmiyyət qarşısında məsuliyyət hissini gücləndirib.

Layihənin uğurlu nəticələri göstərdi ki, bu cür konfranslar təkcə Lənkəranda deyil, Azərbaycanın digər regionlarında da davam etdirilməlidir. 
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi gələcəkdə daha genişmiqyaslı tədbirlər təşkil etməyi və gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş yeni təşəbbüslər həyata keçirməyi planlaşdırır.

Bu konfrans bir daha sübut etdi ki, Azərbaycan gəncliyi öz milli kimliyinə sahib çıxmağa və ölkənin gələcək inkişafında fəal iştirak etməyə hazırdır. 

“Gəncliyin Vətən Yolu” tədbiri də bu məqsədə xidmət edən mühüm təşəbbüslərdən biri oldu.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam