
Xalq artisti Emin Ağalarovun adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.
Yenixeber.org: Bu barədə sənətçi sosial media hesabında məlumat yayıb. Emin vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara müxtəlif vədlər verirlər. O, izləyicilərini bu tip videolara inanmamağa çağırıb:
“Dostlar ehtiyatlı olun, dələduzlar var. İnternetdə süni zəka ilə yaradılan video yayılıb. Yeri gəlmişkən, çox da yaxşı hazılanıb. Düzdür, səs o qədər də oxşamır, amma mimika və danışıq bənzəyir.
Orada deyir: “Sizə maliyə azadlığı təklif edirəm”. Bu, mən deyiləm. Onlar dələduzlardır. Onlara qulaq asmayın. Heç bir platformada heç kimə gəlir vəd etmirəm. Bunlara inanmayın”.(Yenisabah)