Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Mingəçevir Dövlət Universitetinə rektor təyin edildi -SƏRƏNCAM

 

Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Eminov 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fəqlənmə ilə bitirib. 2003-2004-cü illərdəTürkiyənin Egey Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib.

O, 2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib. 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2016-cı ildə dosent elmi adını alıb.

2015-2020 Azərbaycan Turizm və Menecment Universiteti, “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını bitirib.
2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Sosial sahələrə istiqamətlənmiş investisiya layihəsinin effektikliyi ilə bağlı tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam