Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır.

Yenixeber.org: Bu barədə Macarıstan Baş naziri Viktor Orbanın aparat rəhbəri Zoltan Kovaks X platformasında paylaşımında qeyd edib.
“Macarıstan Beynəlxalq Cİnayət Məhkəməsini tərk edir. Nazir Qerqeli Qulyas hökumətin BCM-dən çıxmaq qərarı qəbul etdiyini bəyan edib”, - Kovaks qeyd edib.
Qeyd edilib ki, Macarıstanın BCM-dən geri çəkilməsi prosesi bu gün başlayacaq və ölkə konstitusiyasına, həmçinin beynəlxalq hüquqi öhdəliklərinə əsasən həyata keçiriləcək.

Macarıstanın Baş nazirinin Dəftərxanasının rəhbəri Gergey Quyaş vurğulayıb ki, müvafiq prosedurlara aprelin 3-dən başlanılması nəzərdə tutulub.

Ölkənin bu qərarı İsrailin Baş naziri Benyamin Netanyahunun Budapeştə səfəri və Macarıstanın hökumət başçısı Viktor Orbanın israilli həmkarının həbs edilməyəcəyi barədə bəyanatı ilə üst-üstə düşüb.

Hələ fevral ayında Macarıstanın xarici işlər naziri Peter Siyarto BCM-i tərk etmək məsələsinin nəzərdən keçirildiyini açıqlayıb. O bildirib ki, qərara səbəb məhkəmənin siyasi alətə çevrilməsidir.

Xatırladaq ki, hazırda Rusiya, ABŞ, Çin, İsrail, Hindistan və İran da daxil olmaqla, bir sıra dövlətlər bu beynəlxalq qurumun işində iştirak etmir.

Hökumətin yekun qərarından sonra Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin tərkibindən ayrılan yeganə Avropa İttifaqı ölkəsi olacaq.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam