Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə regional məsələləri müzakirə edib-FOTO

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də paylaşım edib.

"İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Bakıda görüşdük. Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin, 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi", - paylaşımda qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam