Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Le Pen CƏZALANDIRILDI

Fransanın müxalifət liderinə cəza VERİLDİ - 4 İL

Fransanın sağçı “Milli birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen dörd il müddətinə azadlıqdan məhrum edilib. 

Yenixeber.org: O, iki il şərti azadlıqda olacaq, iki il isə elektron qolbaqla gəzəcək.

Le Pen, həmçinin beş il müddətinə səsvermə hüququndan məhrum edilib.

Qərarı hakim Benedikte de Pertuis elan edib.

Bundan əvvəl Paris məhkəməsi Marin Le Peni Milli Mitinq partiyasının üzvlərinə köməkçi işə götürməklə Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib .

Marin Le Pendən başqa,“Milli birlik” partiyasının daha səkkiz üzvü mənimsəmə işində təqsirli bilinib.

Marine Le Pen və daha iki partiya xadimi Avropa Parlamentinin vəsaitlərini Fransada yerləşən partiya işçilərinə maaş vermək üçün qanunsuz istifadə etməkdə ittiham olunur. İttiham tərəfinə görə, 11 il ərzində ümumilikdə təxminən 3 milyon avro oğurlanıb. Təqsirləndirilən şəxslər pulun qanuni şəkildə istifadə edildiyini bildiriblər.

Qeyd edək ki, Le Pen son iki prezident seçkisində Fransa Prezidenti Emmanuel Makronun əsas rəqibi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam