Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Brüssel müharibəyə hazırlaşır”


“Brüssel müharibəyə hazırlaşır”


Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) avropalı ailələrin 72 saatlıq ərzaq ehtiyatına malik olmaq çağırışının arxasında müharibənin dayandığını bildirib. 


Yenixeber.org xəbər verir ki, o bu barədə yerli mediaya müsahibəsində deyib. 

“Onların Brüsseldən bütün avropalı ailələrə 72 saatlıq ərzaq ehtiyyatına malik olmaq mesajları göndərməsi gülməli görünür, lakin bunun arxasındakı düşüncə qorxuncdur. Onlar nəyəsə hazırlaşırlarmı? Hazırda mən Avropanın müharibə ilə təhdid edildiyini görmürəm. Görünür, Brüssel müharibəyə davam etmək istəyir. Onlar Ukraynanı dəstəkləməklə bu müharibəyə qoşulublar. Biz sülhün tərəfindəyik, silah tədarük etmirik. Lakin müəyyən ölkələr var ki, mən Brüsselin onların vəkili kimi çıxış etdiyini görürəm. Onlar bu müharibəni daha da dərinləşdimək istəyirlər, sülhməramlılar, əsgərlər haqqında danışırlar. Bu 72 saatlıq qida çağırışının arxasında dərin müharibə hazırlıqları getdiyini hiss edirəm. Macar ailələrə bildirmək istəyirəm ki, onların qeyri adi heç nəyə ehtiyacları yoxdur. Yəni, Macarıstan müharibəyə qoşulmayacaq, Avropa qoşulsa belə biz sülhün tərəfində olacağıq”, - Orban qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Avropa İttifaqı (Aİ) üzv ölkələrdən kritik avadanlıq ehtiyatlarını artırmağı və xalqı fövqəladə hallar üçün ən azı 72 saat ərzində kifayət qədər təchizata malik olmağı tələb edib. Bu tələbin Avropanın böhranlara qarşı daha hazırlıqlı olması ilə bağlı verildiyi bildirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam