Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Orban Dostlarını Özü Seçir -ŞƏRH

Macarıstanın Baş naziri Avropa İttifaqının rəhbərliyini dəyişməyə çağırıb

Macarıstanın baş naziri Viktor Orban qeyri-adi siyasətçidir. Avropada bəziləri onu diktator adlandırsa da, Orban demokratik seçkilərdə qazandığı qələbərlə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olub.

Yenixeber.org: Macarıstan Avropa İttifaqnın üzvü olsa da, Viktor Orban bir sıra hallarda Brüssellə kəsişən siyasət yürüdür və açıqlamalar verir. Misal üçün Orban Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqlara başlanılmasının tərəfdarıdır. Orban zaman-zaman Ukraynanın siyasətini tənqid edir və Avropanın Ukraynaya dəstəyinin azaldılması tərəfdarı kimi çıxış edir. Viktor Orban eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşən Avropanın tək lideridir. Avropa İttifaqına üzv olan dövlətlərin digər liderləri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Kreml sahibi ilə görüşmür və Rusiya prezidentini ölkələrinə dəvət etmirlər. Viktor Orban Avropa İttifaqının Rusiya əleyhinə siyasəti ilə hesablaşmır. Viktor Orban sonuncu dəfə Putinlə Çində oktyabrın 17-də görüşüb. Orban Çində keçirilən “bir kəmər, bir yol” forumunda iştirak edirdi. Putinin özü də Viktor Orban haqqında müsbət fikirdədir. Çünki Orbandan başqa heç bir Qərb liderinin onunla görüşməməsini Putin nəzərə alır.

Viktor Orbanın Çinə münasibəti də müsbətdir. Macarıstanın baş naziri hesab edir ki, Çin potensialına görə 30 il ərzində ABŞ-a çatıb və bu dövləti ötməkdədir. Viktor Orban Çinin hamıdan güclü olduğunu iddia edib. Halbuki, bu iddia ilə razılaşmayanlar az deyil. Bir qrup iqtisadi ekspert hesab edir ki, Çinin iqtisadi artımı yavaşlayıb və iqtisadi islahatların tempi azalıb. Bu o deməkdir ki, yaxın gələcəkdə Çinin gəlirləri azalacaq. Ancaq bu Viktor Orbanı az narahat edir. Orban praqmatik siyasətçidir. Onun müxtəlif ölkələrlə formalaşdırdığı münasibətlər Macarıstan istisadiyyatının potensilanın artmasına xidmət edir. Ancaq məsələ burasındadır ki, Budapeşt eyni zamanda Brüsseldə qəbul edilən ortaq qərarlardan kənara çıxa bilmir. Misal üçün əgər Avropa İttifaqının Rusiya və Çinlə ticarətdə məhdudiyyətləri mövcuddursa, Macarıstan istəsə belə bu iki ölkə böyük layihələr reallaşdırmaqda çətinlik çəkəcək. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması da Viktor Orbanın praqmatik maraqlara xidmət edir. Viktor Orban Azərbaycan və Mərkəzi Asiya ölkələrindən neft və qazın nəqlində maraqlıdır. Orban Türk Dövlətləri Təşkilatının Astanadakı toplantısına iki gün əvvəl gəlmişdi. Orbanın məqsədi enerji resursları ilə bol olan Qazaxıstanla ortaq layihələrin müzakirəsi idi.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam