Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Sizdən pul istəyən dostunuz yox, dələduzdur! -XƏBƏRDARLIQ/VİDEO

 

Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

Yenixeber.org-un məlumatına görə, xəbərdarlıqda qeyd edilib ki, kiberdələduzlar müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.

“Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur”, - deyə müraciətdə qeyd edilib. 

Həmin videomüraciəti təqdim edirik: 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam