Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

İranda Novruz çərşənbələrində 19 nəfər ölüb, 5 min 500 nəfər xəsarət alıb -YENİLƏNİB

 

İranda Novruz çərşənbələrinə aid mərasimlərdə ölənlərin sayı 19-a, xəsarət alanların sayı isə 5 min 500-ə çatıb. 

Yenixeber.org xəbər verir ki, məlumatı “Tasnim” yayıb.

Bildirilib ki, ümumilikdə 14 təcili tibbi yardım avtomobili zədələnib. 

Məlumata görə, ölkənin əsas əyalətlərində  - Tehranda 1 049, Şərqi Azərbaycanda 866, Qərbi Azərbaycan bölgəsində isə 620 nəfər xəsarət alıb. 

***

İranda İlaxır Çərşənbə ilə bağlı keçirilən mərasimlərdə 15 nəfər ölüb, 2 min 466 nəfər xəsarət alıb.

Bunu Tehranın yanğından müdafiə və təhlükəsizlik xidmətinin nümayəndəsi Cəfər Midfər bildirib.

Məlumata görə, xəsarət alanlardan 13-ü amputasiya əməliyyatına cəlb olunub, 160 hadisə isə gözün zədələnməsi ilə nəticələnib.

Bildirilib ki, dörd təcili tibbi yardım maşını ciddi zədələnərək istifadəyə yarasız hala düşüb.

Hadisələr əsasən mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan, mərkəzi Təbriz olan Şərqi Azərbaycan və Tehran əyalətlərində qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam