Bir sıra yollarında tıxac müşahidə edilir- SİYAHI
Bakının bir çox yollarında tıxac müşahidə edilir.
Yenixeber.org xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.