Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Dünyadakı erməni kilsələri bəyanat yaydı:Ermənistan batır...

Eçmiədzində katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclasında nələr müzakirə olunub?

Bir neçə gündür ki, Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilir. Dünyanın dörd bir tərəfindən gəlmiş erməni kilsələrinin ruhaniləri bir sıra məsələləri müzakirə edibiblər.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, müzakirə mövzuları sırasında Bakıda ermənəsilli separatçıların mühakiməsi də olub. Erməni kilsələrinin nümayəndələri düşmənçilik xislətlərinə uyğun olaraq yenə də Azərbaycanın ünvanına şər-böhtan səsləndiriblər, “artsax rəhbərliyinin” mühakiməsini “qanunsuz hesab ediblər”.

“Ali Ruhani Şura bəyan edir ki, Azərbaycanda qanunsuz olaraq saxlanılan erməni əsir və girovlara erməni xalqına və Ermənistana düşmənçilik və təcavüzünün növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyətin çağırış və tələblərinə məhəl qoymayan Azərbaycan özlərinin törətdiyi soyqırımı(!?-red) və hərbi cinayətlərlə bağlı təkzibolunmaz faktları gizlətməklə yanaşı, onlara haqq qazandırmağa, qurbanları cinayətkar kimi təqdim etməyə çalışır” deyə, erməni kilsələrinin həyasızlıq dolu bəyanatında deyilir.

Bəyanatda Paşinyan hökumətinə erməni canilərin müdafiəsi üçün “beynəlxalq dairələrin bütün imkan və potensialından istifadə etmək üçün” çağırış edilir.

Kilsə rəhbərləri özlərini “o həddə buraxıblar ki” çoxdan mövcud olmayan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinə belə müraciət ediblər, “erməni məhbusların dərhal vətənə qaytarılması üçün Azərbaycana qarşı daha təsirli tədbirlər görməyə çağırıblar”.
Eçmiadzindəki toplantıda “Tatoyan” Hüquq və Ədalət Fondunun direktoru Arman Tatoyanın erməni separatçəların mühakiməsi ikə bağlı “hesabatını” da dinləyib.

91914_large.jpg (44 KB)

Ali Ruhani Şura Ermənistanın gününə ağlamağa da zaman tapıblar. “Erməni xalqının qarşısında duran vəzifələr barədə narahatlıq hissi keçirərək, mövcud problemlərin aradan qaldırılmasında, milli birlik və həmrəyliyin, Ermənistan-diaspor əməkdaşlığının möhkəmləndirilməsində, ümumerməni potensialının səmərəli reallaşdırılmasında erməni kilsəsinin mühüm missiyasını xüsusi vurğulayıblar” deyə, Eçmiədzindən yayılan məlumatda deyilir.

Ermənistanın ağır demoqrafik problemlərinə dair də kilsə nümayəndələrinə ayrıca məruzə də təqdim olunub. Məruzəçi Ermənistanın hazırkı aöır demoqrafik mənzərəsini təqdim edib.

Ali Ruhani Şuranın üzvləri demoqrafik göstəricilərdən narahat olduqlarını bildirməklə yanaşı, bu istiqamətdə kifayət qədər təşəbbüslərin həyata keçirilmədiyini də qeyd ediblər. Erməni ailələrinin möhkəmləndirilməsi və uşaq dünyaya gətirilməsinin təşviqi üçün səylərin artırılması baxımından da kilsənin üzərinə mühüm rol düşdüyü vurğulanıb.

Qüds və Suriyada erməni kilsəsinin üzləşdiyi problemlər, o cümlədən erməni icmasının üzləşdiyi təhlükələr və iqtisadi sahədə mövcud problemlər haqqında geniş məlumat verib.

Göründüyü kimi, erməni kilsəsi yenə də düşmənçilik və revanşist əhval-ruhiyyədədir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam