Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“AXCP Müsavata məqsədli şəkildə şər atır”-Müsahibə

 

 

 Sərdar Cəlaloğlu: “Əgər Müsavat həqiqətən də hakimiyyətin sifarişi ilə hərəkət edibsə, onda Milli Şuranın yaranması da hökumətin sifarişi ilə baş tutub”

 

  “Azərbaycan iqtidarında İsa Qəmbərə düşmənçilik münasibəti yoxdur”

 

    “Rüstəm İbrahimbəyovun getməsi ilə Milli Şura milliləşmədi, sadəcə sahibsiz qaldı”

 

      ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibə verib. "xeberinfo.com" müsahibəni olduğu kimi təqdim edir.

 

    Müsavat Partiyasının Milli Şura sıralarını tərk etməsi siyasi sferada ciddi müzakirə obyektinə çevrilib. Bəzi siyasi yetkililər Müsavatın məlum qərarını normal qarşılasa da, bir çox siyasi partiya liderləri bu qərarı satqınlıq və hakimiyyətin sifarişinin icrası kimi dəyərləndirməkdədir. Müsavatın Milli Şuradan çıxmasını bu partiyanın demokratik güclərə xəyanəti kimi dəyərləndirən bəzi siyasilər hesab edir ki, baş verən proseslərin kökündə Müsavat Partiyasının 2015-ci ilin parlament seçkilərində yer almaq arzusu dayanır. Onlar hesab edir ki, Müsavat Partiyası indiki məqamda hakimiyyətin əlinə oynamaqla gələn il keçiriləcək parlament seçkilərində yer almaq niyyətindədir. ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə Müsavatın Milli Şuradan ayrılmasına münasibət öyrənməklə yanaşı, Milli Şuranın gələcək aqibəti haqqındakı müəmmalara da cavab tapmağa çalışdıq.

 

- Sərdar bəy, Müsavat Partiyasının Milli Şura sıralarını tərk etməsi ilə bağlı fikirlərinizi bilmək istərdik. Müsavatın məlum addımını necə dəyərləndirirsiniz və sizcə bu addım Milli Şuranın dağıması kimi şərh edilə bilərmi?

 

- Əvvəla onu deyim ki, Milli Şuranın taleyi Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsi həll edilmədiyi andan öz həllini tapdı. Yəni Milli Şuranın taleyini R.İbrahimbəyovun vətəndaşlıq məsələsi həll etdi. Kim nə desə də reallıq bundan ibarətdir ki, Milli Şura ideyasının nə Lalə Şövkətə, nə Rəsul Quliyevə, nə Əli Kərimliyə, nə də digər bir şəxsə aidiyyatı yoxdur. Bu ideya şəxsən R.İbrahimbəyova aid idi. Bu təşkilat şəxsən R.İbrahimbəyovun tərtib ertdiyi siyahı əsasında yaranmışdı. Oradakı adamları bir-biri ilə barışdıran da R.İbrahimbəyov idi. Milli Şuradakı tərkibi müəyyənləşdirən şəxs də məhz R.İbrahimbəyov idi. R.İbrahimbəyovun olmadığı nöqtədə Milli Şura faktiki olaraq mövcud ola bilməzdi. Bu səbədən də Milli Şuranın gözləntiləri seçkilər zamanı özünü doğrultmadı. Seçkidən öncə R.İbrahimbəyov faktoru aradan çıxdığına görə, faktiki olaraq Milli Şura artıq məhv olmuşdu. Həmin dövrdən etibarən Mili Şuranın formal şəkildə saxlanılması uğrunda mübarizə gedirdi. R.Quliyev, L.Şövkət, Ə.Kərimli, İ.Qəmbər, M.Mirəlioğlu, Eldar Namazov arasında çox ciddi konfiliktlər gedirdi. Bu, seçkidən öncə də, seçki dövründə də özünü göstərirdi. Seçkidən sonra isə bu ziddiyyətlər barışmaz xarakter aldı. Barışmaz xarakter aldığına görə isə Milli Şuradan qopmalar baş verdi. R.Quliyev, L.Şövkət və başqaları Milli Şuranı tərk etdi. Bununla da böyük dağılma prosesi başladı. Müsavat Partiyası isə sadəcə olaraq həmin dağılma prosesini, daha doğrusu Milli Şuradan ayrılmanı mədəni siyasi formada həyata keçirdi. R.İbrahimbəyovun fəxri sədrliyinə etiraz, ikitərəfli əməkdaşlıq və s. ilə bağlı səslənən bəyanatlar əslində Müsavatın Milli Şuradan ayrılmasını siyasi bir forma halına salmaq məqsədi daşıyırdı. Necə ola bilər ki, Müsavat 3 ildir ki, AXCP ilə İctimai Palatada bir yerdədir, daha sonra Milli Şurada müttəfiq kimi təmsil olunur, amma hər iki tərəf dialoqa gələndə bəlli olur ki, bu partiyalar iki müxtəlif ölkənin partiyası kimi danışıq aparır. Bütün bunlar göstərir ki, Müsavat və AXCP arasında səmimi müttəfiqlk əlaqələri mövcud olmayıb. Bu, de-fakto bir məsələdir. Faktiki olaraq Mili Şuranın dağılması seçkidən qabaq başlamışdı. Buna səbəb isə R.İbrahimbəyovun Azərbaycana gəlməməsi oldu.

 

- Milli Şuranın iflasının ilkin əlamətləri hansılardır? Ümumiyyətlə, bu tənəzzülün hər hansı təzahüri varmı?

 

- Dağımanın ilk əlaməti xalqın Milli Şuranın müdafiəsi ilə bağlı mövqeyinin zəifləməsi oldu. Xalqın ümidləri suya düşdü. Eldəniz Quliyev vaxtiylə deyirdi ki, qatar getdi, siz qıraqda qaldınız. E.Quliyevin yola saldığı qatar tormozlandı. Bu, xalqın Milli Şuradan ayrılmasında başlıca rol oynadı. Ikinci mərhələdə Mili Şuranın daxilində strukturlarda parçalanmalar başladı. Baş verənlərə beynəlxalq təşkilatlar maraq göstərmədi. Ölkə əhalisi də bu qurumla, orada baş verən prosesslərlə maraqlanmadı. Ortada yalnız Milli Şuranı təşkil edən elementlər qaldı. Bu elementləri R.İbrahimbəyov zorla bir yerə yığdığına görə, R.İbrahimbəyovun yoxluğu fonunda bu qüvvələr arasında əvvəldən mövcud olan ziddiyyətlər üzə çıxdı. Çünki onları zorla bir araya gətirmişdilər. Bu qüvvələr bir-birləri ilə birləşməmişdi. Buradakı əlaqələr üfiqi deyil, şaquli mahiyyət daşıyırdı. Halbuki, hər bir təşkilatın gücü iki əlaqənin düzgün qurulması ilə bağlıdır. Birincisi, liderlə şaquli əlaqələr, ikincisi, yanaşı dayanan qüvvələrin üfiqi əlaqəsi. Hamı R.İbrahimbəyovu qəbul edirdi, lakin R.Quliyev İ.Qəmbəri, İ.Qəmbər Ə.Kərimlini, Ə.Kərimli L.Şövkəti, L.Şövlət E.Namazovu qəbul etmirdi. Hansı ki, təşkilat o zaman güclü bir təşkilat ola bilər ki, hamı bir şəxin liderliyini qəbul edir, eyni zamanda bir-birinə qarşı həmkar və dost kimi əlaqə yaradır. Məhz bu, Milli Şurada yox idi. Milli Şuranın ikinci ciddi problemi bununla əlaqədar idi. Əgər Milli Şura demokratik qaydada aşağıdan yuxarı formalaşsaydı, R.İbrahimbəyov getsəydi belə, Milli Şura dağılmayacaqdı. Milli Şura R.İbrahimbəyovun şəxsi iradəsi ilə anti-demokratik şəkildə yaranıb. Buna görə də R.İbrahimbəyovun getməsi ilə Milli Şuranın dağılması baş verdi. Buna görə də Milli Şuranın guya Müsavatın çıxması ilə dağılması fikrini qəbul eləmirəm.

 

- Milli Şuranın dağılmasında daha hansı amillər rol oynadı?

 

- Milli Şuranın dağılması faktiki surətdə R.İbrahimbəyovun Azərbaycana gəlmə imkanının aradan qalxdığı gündən başlayıb. Xalqın Milli Şuraya dəstəyi azaldı. Buna görə də Cəmil Həsənlinin təşkil etdiyi mitinqlərə 6-7 min adam gəlirdi. Bu, xalqın bu quruma dəstəyinin olmamasını göstərirdi. Ikinci bir amil təşkilatın daxilində destruktiv hərəkətlərin meydana çıxması, yəni burada cəmləşən partiya liderləri arasındakı çəkişmələr oldu. Doğrudur, əvvəlcə R.İbrahimbəyov, daha sonra isə C.Həsənli bu çəkişmələrə müdaxilə etdi və münasibətləri qaydaya salmağa çalışdı. Lakin onlar başa düşmədilər ki, bu çəkişmələr subyektiv və obyektiv qanunlara tabedir. Kiminsə sözüylə bir-birinə qarşı çıxan bu qüvvələrin uzlaşmasını təmin etmək mümkün deyil. Çünki onların ziddiyyətlərinin subyektiv deyil, obyektiv səbəbi var. İ.Qəmbər və Müsavat burada subyektdir. Milli Şuranın dağılması obyekltiv səbəbdir, hansı ki, Müsavat da bu obyektiv səbəbə görə Milli Şuranı tərk etməyə məcbur oldu. Bu gün Milli Şuranın dağılmasının məsuliyyətini Müsavatın üzərinə qoymaq doğru deyil. Bu, siyasi təşkilatın nə demək olduğunu bilməməkdən, obyektiv və subyaktiv səbəblərin əlaqəsi haqqında məlumatsız olmaqdan,  hadisələrə ümumi yanaşmanı bacarmamaqdan irəli gəlir. Müsavatın bu təşkilatdan çıxması Milli Şuranın obyektiv səbəblərdən dağılmasının nəticəsi idi.

 

- Bəzi siyasilər iddia edir ki, R.İbrahimbəyovun fəxri sədrlikdən getməsi ilə Milli Şura tam olaraq milliləşmişdi və bu səbəbdən də bütün müxalif qüvvələrin bu təşkilat ətrafında birləşməsi daha faydalı ola bilərdi.

 

- Milli Şura necə milliləşə bilər ki, onun yaranmasında xarici təsir olub. Insanlar xarici bir dövlətin dəstəyi ilə Azərbycanda siyasi hakimiyyəti dəyişmək həvəsi ilə birləşiblər. Onlar qeyri-milli maraqlar əsasında birləşiblər. Sonradan bu plan həyata keçirilməsə də, bu onların iradəsi xaricində baş verib. Belə olduğu halda Milli Şura necə milliləşə bilər ki? Əgər biri oğurluq etmək istəyibsə və getdiyi yerdə polis görüb məcburən öz niyyətini həyata keçirə bilməyibsə, onu dürüst bir insan adlandırmaq olarmı? Cinayət Məcəlləsində də göstərilib ki, vətəndaş özünün iradəsindən asılı olmayaraq cinayət törədilməyibsə, həmin şəxs məlum cinayətin məsuliyyətini daşıyır. Milli Şura Rusiyanın dəstəyi ilə Azərbaycanda siyasi hakimiyyəti dəyişmək istəyirdi. Özündən asılı olmayan səbəblərdən, konkret desək Putinlə Azərbaycan hakimiyyəti dil tapdığına görə, Milli Şura hakimiyyəti dəyişə bilmədi. Məgər bu, Milli Şuranı məsuliyyətdən qurtarır? Məgər bu, Milli Şuranı milli edir?

 

- Sizcə bu gün Milli Şurada təmsil olunan siyasi partiyaların atmalı olduğu ən vacib və təxirəsalınmaz addım hansıdır?

 

Milli Şuranın üzvlərinin ən düzgün addımı Milli Şuranı ictimai fikirdən birdəfəlik çıxartmaq ola bilər. Onlar xalqa belə bir səhvin olduğunu unutdurmağa çalışmalıdırlar. Baş verənlər, yəni  Rusiyanın planına daxil olmaq Milli Şuraya toplaşan siyasi qüvvələrin son 20 ildə yol verdikləri ən ciddi siyasi səhv idi. R.İbrahimbəyovun getməsi ilə Milli Şura milliləşmədi, sadəcə sahibsiz qaldı. Qeri-milli marqlara xidmət edən qurum sahibsiz vəziyyətə düşdü. Milli Şuraya münasibətin ən dolğun ifadəsi xalqın bu təşkilata olan münasibətidir. Necə olur ki, seçkilərdən əvvəl hər kəs Mili Şura haqqında danışırdı. Lakin indi Milli Şura dağıldığı halda kimsə Milli Şuradan bəhs etmir? Milli Şuranın sonuncu dəfə nə vaxt yığışdığı Milli Şura üzvlərinin də yadından çıxıb. Lakin seçkidən öncə Milli Şura ilə bağlı ən xırda detal belə böyük həvəs və təntənə ilə ictimaiyyətə təqdim edilirdi. Hətta “Yeni Müsavat” qəzeti Tiflisdəki görüşü dəqiqəbədəqiqə çatdırıdı. Yazırdı ki, 10 dəqiqədən sonra kim zala daxil oldu, 20 dəqiqədən sonra kim hansı ayağı ilə içəri girdi, 30 dəqiqədən sonra kim hansı ayağını hansı ayağının üstünə aşırdı və s. Bu, Milli Şuranın həmin vaxtdakı aktuallığı ilə bağlı idi. Milli Şura ilə bağlı ümidlər suya düşəndə sonra əsl həqiqət daha aydın üzə çıxdı. Milli Şura heç cürə milliləşə bilməz. Milli Şuranın Rusiya vasitəsi ilə hakimiyyətə gəlmək cəhdinin alınmaması onları məsuliyyətdən azad etmir. Milli Şura özünü milli qüvvə kimi təqdim etsə də, onun heç bir milliliyi yoxdur.

 

- Milli Şuradakı ziddiyyətlər İctimai Palatanın taleyinə hansısa şəkildə təsir göstərəckmi?

 

- Milli Şuradakı münasibətlərin pisləşməsi həm də İctimai Palatanı dağıdacaq. Artıq AXCP və Müsavat arasında Mili Şura daxilində elə intirqalar meydana çıxdı ki, bu qüvvələrin İctimai Palata daxilindəki əməkdaşlığı da mümkünsüzdür. Başqa sözlə desək, qaş düzəltdikləri yerdə, vurub gözü çıxartdılar. Səhv bir addım digər arzuiolunmaz nəticələrə səbəb oldu. İngilislərin belə bir atalar sözü var. Deyirlər ki, bir yalanı ört-bnasdır etmək üçün ən az iki yalan lazımdır. Buna görə də məlum qüvvələr Milli Şura yalanını ört-basdır etmək üçün İctimai Palatanı qurban verəcəklər. Bu dəfə Ə.Kərimli İctimai Palatadan çıxacaq. Faktiki olaraq İctimai Palatanı da dağılmış hesab etmək olar.

 

- Müsavatın Milli Şuradan çıxmaqla bağlı qərarını bəzi partiya yetkililəri hakimiyyətin əlinə oynamaq kimi dəyərləndirdi və bildirdilər ki, Müsavat Partiyası bu addımı 2015-ci ilin parlament seçkilərinə hesablayıb. Bu ittihamlarda həqiqət payı varmı?

 

- Əgər Müsavat Partiyası həqiqətən də hakimiyyətin sifarişi ilə hərəkət edibsə, onda Milli Şuranın yaranması da hökumətin sifarişi ilə baş tutub. Çünki Milli Şuranın yaranmasında əsas fiqurlardan biri Müsavat Partiyası olub. Əgər Milli Şuranın dağılması sifariş əsasında olubsa, o zaman onun quurlması da sifariş əsasında gerçəkləşib. Deməli, Milli Şuranı hökumət yaradıb. Bu kimi fikirlər cəfəngiyyatdır və ictimai rəyi çaşdırmağa hesablanıb. Mən inanmıram ki, İ.Qəmbərin atdığı addım hökumətin sifarişi əsasında reallaşsın. İ.Qəmbər praqmatik siyasətçidir. O, başa düşür ki, qabaqdan parlament seçkiləri gəlir. Parlament seçkilərində prezident seçkilərində olduğu kimi ciddi rəqabət olmur. Bu məsələdə hökumət “öldü var döndü yoxdur” prinsipi ilə hərəkət etmir. Hökumət bu məsələdə müəyən güzəştlərə gedə bilər. Heç deyilsə bir nəfər müsavatçını parlamentə buraxa bilər. Milli Şura ilə seçkilərə getmək isə Müsavata problemlər yaradacaq. Həqiqət bundan ibarətdir ki, hakimiyyətin Milli Şurada təmsil olunan partiyalara münasibəti eyni deyil. Bunu etiraf etmək lazımdır. M.Ə.Rəsulzadə qeyd edir ki, möhkəm həmrəylik o yerdə yarana bilər ki, həmrəyliyə daxil olan qüvvələri eyni bir təhlükə gözləsin. Indiki halda AXCP ilə Müsavatı eyni təhlükə gözləmir. Müsavat bu səbəbdən də AXCP-ni öz yedəyinə almaq istəmir. Çünki onları təhdid edən təhlükələrin dərəcəsi fərqlidir. Azərbaycan iqtidarı AXCP-yə qarşı daha sərt mövqe tutub.

 

- Sizcə hökuməti AXCP və onun sədri Ə.Kərimliyə qarşı məlum mövqeyi nə ilə bağlıdır?

 

- Ə.Kərimli iqtidarla münasibətini şəxsi müstəviyə keçirib. Buna görə də münasibətlər düşmənçilik müstəvisində aydınlıq gətirilir. Müsavat Partiyası isə bu məsələdə xeyli dərəcədə Ə.Kərimlidən geridədir. Müsavat Partiyası mübarizəni şəxsi müstəvidə deyil, siyasi müstəvidə aparır. Bu isə nəticə etibari ilə iqtidarın bu partiyalara fərqli münasibət sərgiləməsinə gətirib çıxardıb. Iqtidar Ə.Kərimli ilə şəxsi düşmənçilik münasibəti aparır, İ.Qəmbərlə isə siyasi rəqib münasibəti ortaya qoyur. Buna görə də bəzi insanlara elə gəlir ki, bu partiyalardan hansısa biri hökumətlə danışıq aparıb və razılıq əldə edib. Halbuki, elə deyil. Sadəcə olaraq, hər bir adamın ortaya qoyduğu siyasi münasibətə uyğun olaraq hakimiyyət adekvat münasibət ortaya qoyur. İ.Qəmbər başa düşür ki, Ə.Kərimli hökumətlə düşmənçilik aparır. Əgər Müsavat AXCP ilə müttəfiq olacaqsa, o zaman Müsavat da hökumətə düşmən olacaq. Bu gün İ.Qəmbər parlamentdə nə isə əldə etməyə çalışır. Bundan əvvəlki təcrübə də göstərir ki, Müsavat və AXCP bir yerdə olanda onlardan bir nəfər də olsun parlamentə keçə bilmir. Bundan əvvəlki bütün seçkkilərdə isə Müsavata yer verildi. Belə olan halda Müsavat AXCP yükünü atmalıdır ki, ondan fərqli bir blok yaratsın və ya seçkilərə tək getsin. Belə olarsa hökumət Ə.Kərimliyə göstərdiyi düşmən münasibətini Müsavata göstərməyəcək.

 

- Demək belə çıxır ki, AXCP meydanda tək qaldığı üçün məqsədli şəkildə Müsavata böhtan atır?

 

- Elədir. AXCP-çilər bunu başa düşür və təkləndiklərini anlayırlar. Onlar başa düşürlər ki, özlərinin siyasətini təbaşına davam etdirməyə məcburdular. Belə bir vəziyyətdə onları qoyub gedən qüvvəyə şər atmağı lazım bilirlər. Buna görə də onlar Müsavatı hökumətlə əməkdaşlıqda ittiham edir. Çünki bilirlər ki, Müsavat AXCP-dən ayrılandan sonra hökumətin Müsavata olan münasibəti dəyişçəcək. Bu münaibət təbii olaraq dəyişəcək. Burada hər hansı bir tapşırıqdan söhbət gedə bilməz. Indiki halda İ.Qəmbərin ayrılmasının səbəbi budur. AXCP-nin də bu ittihamı irəli sürməsi ondan irəli gəlir ki, adıçəkilən partiya iqtidarla düşmənçilik müstəvisində tək qaldığını anlayır. İ.Qəmbər rassional adamdır. Başa düşür ki, belə gedərsə, beynəlxalq situasiya dəyişməzsə, hökumət parlament seçkilərində müxalifətə 5-6% səviyyəsində güzəştə getməyə məcbur olacaq. İ.Qəmbər bu imkandan bəhrələnməyə çalışır. Bu məsələdə Müsavata qarşı höpkumət tərəfindən açıq düşmənçilik olmayacaq. AXCP-yə qarşı isə belə bir düşmənçilik olacaq. İ.Qəmbər istəmir ki, Ə.Kərimlinin siyasətinin mənfi nəticəsinə sahib çıxsın. İ.Qəmbər düşünür ki, bir halda ki, mən bu siyasəti aparmıram, o zaman niyə bunun nəticəsinə qatlaşmalıyam? İ.Qəmbər iqtidarla siyasi müstəvidə mübarizə aparır. Azərbaycan iqtidarında İ.Qəmbərə düşmənçilik münasibəti yoxdur. Münasibətlər adekvatdır.

 

- Müsavatın 2015-ci ilin parlament seçkilərində yer almaq arzusuna necə baxırsınız? İndiki məqamda belə bir istək normal hesab edilə bilərmi?

 

- Şübhəsiz ki, çoxları bunu İ.Qəmbərin satqınlığı kimi dəyərləndirir. Lakin bu, belə deyil. Münasibətlır qarşılıqlıdır. Sən mənə düşmənsənsə, mən də sənə düşmənəm. Mən sənə düşmən deyiləmsə, sən də mənə düşmən olmayasan. Sən mənə dostsansa, mən də sənə dost olacam. İ.Qəmbər siyasi rəqabəti düşmənçilikdən ayırmaq istəyir. Istəyir ki, bu siyasi rəqabət mühitində imkan varsa, partiyası üçün müəyyən siyasi nəticə əldə etsin. Bunun nəyi pisdir ki? Bu məsələlərin başqa cür izahı yoxdur. Hitlərin “Mənim mübarizəm” əsərində maraqlı bir fikir var. Bildirir ki, birliklərə daxil olmaq heç də həmişə həmin birliyə daxil olan qüvvələri möhkəmləndirmir, əksinə bəzən onları zəiflədir. Doğrudan da, iki əks qüvvələr bir yerdə olanda, ümumi güc həmişə zəifləyir. AXCP ilə Müsavat nə zaman bir yerdə olubsa, Azərbaycan müxalifəti həmin vaxt əvvəlki dövrlərlə müqayisədə daha zəif çıxış edib. Bu partiyalar ayrı-ayrı bloklarda təmsil olunanda nəticə daha yaxşı olub. Məsələn, Ə.Kərimli Etibar Məmmədovla, biz isə Müsavatla birləşmişdik. O zaman E.Məmmədov 50-60 minlik, İ.Qəmbər isə 100-150 minlik mitinqlər keçirirdi. Əks qüvvələrin bir yerdə olması yolverilməzdir.

 

- Belə çıxır ki, AXCP və Müsavatın əməkdaşlığı istənilən halda mümkünsüzdür?

 

 

- AXCP və Müsavat bilməlidir ki, onlar bir-birlərinə əksiklik təşkil edən qüvvələr kimi çıxış edirlər. Nə qədər ki, bu münasibət dəyişilməyib, onlar hansı ittifaqda olurlarsa-olsunlar, bu ittifaq hər iki partiyanın, müxalifətin və xalqın əleyhinə işləyəcək. İctimai Palata da xalqın əleyhinə işləyir, Milli Şura da. Problemin həllinin isə iki yolu var. Ya Müsavatla AXCP-nin münasibətləri dəyişilməlidir, əksikliklərdən eyniliklərə keçməlidirlər. Bunun üçün bir-birlərinə qarşı anlayışla davanmalı, bir-birlərini müdafiə etməli, qayğa göstərməlidirlər. Ya da heç vaxt birlik yaratmamlıdırlar. Onların yaratdıqları birlik həm AXCP-dən, həm də Müsavatdan zəif olacaq.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam