Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Qlobal Bakı Forumu davam edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirir.

Yenixeber.org xəbər verir ki, Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti və baş icraçı direktoru Syuzan Eliotun moderatorluğu ilə keçirilən “Sülhə gedən yol” adlı panel iclasında əvvəlcə Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxış edəcək.

İclasda, həmçinin İsrailin sabiq Baş naziri Ehud Olmert, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, İsrailin sabiq xarici işlər naziri, Baş nazirin müavini Tzipi Livni, Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko, Monteneqronun sabiq Prezidenti Milo Dukanovic, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Baş nazirin müavini Bülənt Arınç, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci Sessiyasının sədri, Slovakiya Respublikasının sabiq xarici işlər naziri, Aİ-nin Belqrad-Priştina Dialoqu və digər Qərbi Balkan regional problemləri üzrə keçmiş xüsusi nümayəndəsi Miroslav Lajcak, ABŞ-ın Birləşmiş Krallıqdakı sabiq səfiri, WPP Plc-nin sabiq sədri Filip Laderin çıxışları dinləniləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam