Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Ərdoğanın baş müşaviri: Türkiyə daim sabitliyə töhfə verməyə çalışır

 

30 ildən artıq Ermənistan-Azərbaycan münaqişəsi davam edib və həmin dövrdə çox ədalətsizliklər olub.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc XII Qlobal Bakı Forumunda danışıb.

O qeyd edib ki, Türkiyə münaqişələrdə əziyyət çəkən tərəflərə kömək etməyə çalışıb, ancaq bəzən çox da irəli getmək olmur:

“Türkiyənin coğrafi mövqeyinə gəldikdə, biz bütün münaqişələrin sanki mərkəzinə düşürük. Biz çoxçağırışlı dünyada təşəbbüs və təkliflərə hörmətlə yanaşmalıyıq. İrəliyə sürülən dəyərlər artıq kənarda qalır. Biz digər tərəfləri narahat edən məsələlərə hörmətlə yanaşmırıq. Bu gün qonşuluğumuzda münaqişə və müharibələr baş verir. Ancaq indi sabitliyə töhfə vermək vacibdir. Dəyişikliklərə necə uyğunlaşmağın yolunu tapmalıyıq”.

O vurğulayıb ki, Türkiyə 60 ildən çoxdur, Aİ-yə üzvlüyə namizəddir:

“Türkiyənin Aİ-yə qoşulması strateji məqsəddir. Biz onu dəyərləndiririk, bəs onlar bizi dəyərləndirirmi?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam