Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaradılması gözlənilir

 

Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzi yarana bilər ki, bu da ölkənin rəqəmsal infrastrukturunun inkişafında mühüm addım olacaq.

Yenixeber.org xəbər verir ki, bunu “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avrasiya bölməsinin satış direktoru Aleksandr Şunin "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində panel müzakirəsi zamanı bildirib.

"Trafik artdıqca şəbəkələr optimallaşdırma və inkişaf tələb edir. Bu, Azərbaycana da təsir edəcək qlobal trenddir. Bu gün süni intellekt artıq sənayeyə əhəmiyyətli təsir göstərir. Bütün dünyada operatorlar şəbəkənin periferiya səviyyəsində (“edge computing”) yerli məlumat emalı mərkəzi yaradırlar. Bu proses Azərbaycanda da qaçılmazdır. Süni intellektə malik yerli məlumat mərkəzi yaradılan kimi texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi ortaya çıxacaq", - A.Şunin qeyd edib.

O vurğulayıb ki, bu prosesdə rabitə operatorları əsas rol oynayacaq: "Biz artıq qonşu ölkələrdə bənzər nümunələri görürük. Məsələn, Qazaxıstan süni intellektini qazax dili üçün uyğunlaşdırır. Əminəm ki, yaxın gələcəkdə oxşar addımlar Azərbaycanda da atılacaq".

A.Şunin qeyd edib ki, süni intellekt sürətlə inkişaf etdiyi üçün bu proses növbəti bir neçə il ərzində başlamalıdır: "TOP10 əsas dünya dilləri artıq müxtəlif sistemlərə inteqrasiya olunub. Biz bu prosesin qonşu ölkələrdə necə inkişaf etdiyini görürük. Əminəm ki, yaxın gələcəkdə Azərbaycanda belə işlərin görülməsinə ehtiyac olacaq. Bu prosesdə əsas rolu operatorlar oynamalıdır. “Nokia” olaraq bunun üçün lazımi infrastrukturu təmin edirik. Biz təlim modelləri hazırlamasaq da, infrastruktur vendoru kimi rolumuz ölkənin məlumat mərkəzlərinin işini dəstəkləməkdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam