İran Trampın iddiasını təkzib etdi:Məktub almamışıq!
İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın dini rəhbər Əli Xameneiyə yeni nüvə sazişi üzrə danışıqlar təklifi ilə bağlı məktub göndərməsi ilə bağlı son iddiasını təkzib edib.
Yenixeber.org: Bu barədə “Mehr” məlumat yayıb.
“Biz hələ belə bir məktub almamışıq”, - o bildirib.
Xatırladaq ki, Tramp Əli Xameneiyə nüvə danışıqlarına başlamaq təklifi ilə məktub göndərdiyini açıqlamışdı.