Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Makron istefa verməyəcəyini -BƏYAN ETDİ

 

Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər Fransa prezidenti olaraq qalacağını bildirib.

Yenixeber.org xəbər verir ki, Makron hökumətin istefasına baxmayaraq, özü vəzifəsini tərk etmək fikrində olmadığını bir daha bəyan edib.

“Demokratik şəkildə mənə həvalə etdiyiniz mandat beş ildir. Mən bunu sona qədər tam şəkildə həyata keçirəcəyəm”, – Makron hökumətin istefasından sonra fransızlara müraciətində deyib.

Onun müraciəti Yelisey sarayının X-dəki rəsmi hesabında verilib.

Yelisey Sarayının məlumatına görə, Fransa prezidenti dekabrın 6-da yeni baş nazirin namizədliyi ilə bağlı partiyalarla məsləhətləşmələr aparacaq.

Çərşənbə günü deputatların əksəriyyəti Fransanın baş naziri Mişel Barnyeyə etimadsızlıq səsverməsinin lehinə çıxış edib. 577 deputatdan 331-i ona etimad göstərməyib.

Cümə axşamı Barnier istefa ərizəsini təqdim edib və Makron onunla razılaşıb. Fransa hökuməti 1962-ci ildən sonra ilk dəfə buraxılıb. Hökumət cəmi 90 gün işlədi və bu ölkə tarixində ən qısa müddətdir.

Müxalifət dərhal Makronun özünü istefaya çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam