Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Türkiyə və İsrail arasında:Azərbaycan körpü ola biləcəkmi?

news content
Bakı, Ankara və Tel-Əviv arasında münasibətlərdə vasitəçilik edərək, sülh və sabitliyə töhfə verməyə çalışır

Yenixeber.org: Son illər Türkiyə və İsrail arasında münasibətlərin gərgin olması heç kimə sirr deyil.
Əvvəllər strateji müttəfiq hesab edilən bu iki ölkə 2010-cu ildə "Azadlıq Donanması" hadisəsindən (İsrailin “Mavi Mərmərə” gəmisinə hücumu) sonra bir-birindən uzaqlaşıblar. Barak Obama ABŞ prezidenti olduğu 2013-cü ildə Vaşinqtonun bölgədəki iki əsas müttəfiqini barışdırmağa cəhd edib. O, Ben-Qurion hava limanında olan zaman gözlənilmədən o zaman Türkiyənin baş naziri olan Ərdoğanla telefon əlaqəsi qurulmasını istəyib. Obama, Ərdoğanla bir neçə kəlmə danışdıqdan sonra telefonu Netanyahuya verib. İsrail baş nazirinin ofisi Ərdoğanla telefon danışığının məzmununu “Facebook” səhifəsində açıqlayıb.
"Baş nazir Binyamin Netanyahu Türkiyənin baş naziri Ərdoğanla telefon danışığı aparıb. Dövlət başçıları iki ölkə arasında münasibətlərin normallaşdırılması, o cümlədən səfirlərin vəzifələrinin icrasına geri dönməsi və İsrail Müdafiə Ordusunun əsgərlərinə qarşı məhkəmə iddialarının ləğv edilməsi barədə razılığa gəliblər. Baş nazir Netanyahu, insan tələfatına səbəb olan səhvlərə görə türk xalqından üzr istəyib və təzminat razılaşması üzərində işi başa çatdırmağa razı olub", - deyə məlumatda qeyd olunurdu.

Təəssüf ki, o zaman iki ölkə arasında münasibətləri normallaşdırmaq mümkün olmadı. Lakin bu, Ankara və Tel-Əviv arasında barışıq cəhdlərinin dayandırıldığı anlamına gəlmir.

Türkiyə-İsrail münasibətlərinin normallaşması birbaşa Azərbaycanın maraqlarına uyğundur. Bakının Türkiyə və İsrail arasındakı əlaqələrdəki vasitəçilik rolu əvvəllər də müşahidə olunub. Hətta buna prezident səviyyəsində də cəhd edilib.

Burada hər şey aydındır və Azərbaycanın xarici siyasəti və maraqlarının məntiqinə uyğun gəlir. Türkiyə bizə qardaş ölkə və strateji müttəfiqdir, İsrail isə dost ölkədir və yaxın strateji tərəfdaşımızdır. Buna görə də, Türkiyə-İsrail münasibətlərinin normallaşması Bakının siyasətində mühüm yer tutur.

Yeri gəlmişkən, bir sıra müşahidəçilər hesab edirlər ki, son dövrlərdə bu istiqamətdə müəyyən səy göstərilir. Yəni, Bakı bizə yaxın olan bu iki dövlətin rəhbərliyi arasında əlaqələrin qurulması məsələsində müvəffəqiyyətli vasitəçi kimi uğur qazanmağa çalışır. Prezidentin köməkçisi Hikmət Hacıyevin və Xarici İşlər naziri Ceyhun Bayramovun xarici səfərlərinin sayının artması bu aktivliyin əlaməti olaraq göstərilir. Onlar bu səfərlər və görüşlər zamanı Türkiyə və İsrailin siyasi rəhbərləri ilə əlaqə saxlayıblar. Paralel olaraq, Ərdoğan və Əliyev arasında telefon zəngi də baş tutub.

Suriyada dəyişən vəziyyət ona gətirib çıxarıb ki, indi hər iki dövlət bu ölkənin gələcəyində həlledici rol oynayır. Yəni, Suriyada həm İsrail və Türkiyənin maraqlarının toqquşması, həm də ümumi maraqları ola bilər.

Bəs, Azərbaycanın Türkiyə ilə İsrail arasındakı münasibətləri normallaşdırmaq şansı nə dərəcədədir? Bu ölkələr özləri belə bir normallaşmanı, münasibətlərin düzəlməsini istəyirlərmi?
Suallarımızı xarici ekspertlər cavablandırıblar.

Türkiyəli politoloq, "Ankara-Moskva" ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer bildirib ki, hazırda Suriyada böyük bir yenidənqurma prosesi gedir.

Faktiki olaraq, hazırda Suriyanın cənubu İsrailin nəzarəti altındadır. Yəni, İsrail Müdafiə Ordusunun (IDF). Mümkündür ki, İsrail ordusu bu əraziləri birbaşa idarə etməsin, lakin böyük ehtimalla bu istiqamətdə müəyyən təsiri olacaq. 

Şimali Suriyaya gəldikdə isə orada Türkiyə ordusu yerləşir. Bundan əlavə, Ankara hazırda Suriya ordusunun sayını 300 minə çatdırmaq üçün genişmiqyaslı plan hazırlayır. Bunun üçün zabit heyəti hazırlanmalı və digər tədbirlər görülməlidir. Bütün bunlar Türkiyə ordusunun Suriyada mövcudluğunu tələb edəcək. Beləliklə, Türkiyə ordusu İsraillə eyni vaxtda Suriya ərazisində mövcud olacaq. Buna görə də orada İsraillə müəyyən əlaqələr qurmaq lazım gələcək”.

Bəli, Türkiyə çox yaxşı anlayır ki, Qəzza sektorunda minlərlə insanın faciəvi ölümü İsrailin ümumi siyasəti deyil, Binyamin Netanyahunun şəxsi qərarıdır. Buna görə də, artıq Suriya məsələsində İsraillə birbaşa əlaqə olacaq, bu, açıq-aşkar görünür. Hazırda Yaxın Şərqdə hər şey dəyişir, buna görə də belə əlaqə mütləq olmalıdır”, - deyə ekspert qeyd edib.

O, ikinci məsələ olaraq Azərbaycanın vasitəçilik roluna toxunub. “Bu vasitəçilik əvvəllər mövcud idi, lakin hazırda çox da aktual deyil, çünki artıq Suriyada birbaşa əlaqə mövcuddur. Düşünürəm ki, bu əlaqənin başlanğıcı xüsusi xidmət orqanları vasitəsilə qoyulacaq, daha sonra isə İsrail ordusu ilə Türkiyə ordusunun nümayəndələri arasında olacaq.

Diplomatik əlaqələr əvvəlki səviyyəyə qayıtmaya bilər, lakin böyük ehtimalla buna doğru bir hərəkət başlayacaq. Bu, hazırda Azərbaycanın köməyini tələb etmir”.

Əlavə etmək istəyirəm ki, son dövrlərdə Ərdoğanın rəhbərliyi altında Türkiyənin xarici siyasəti dəyişib. Artıq Türkiyə üçün “Bir kəmər, bir yol” layihəsi o qədər də aktual deyil. Bu, Zəngəzur dəhlizinin açılmaması ilə əlaqədardır.
Hazırda İranda ya dövlət çevrilişi, ya da İrana qarşı hərbi əməliyyat gözlənilir.

Türkiyənin yeni siyasəti mövcuddur. Ərdoğan artıq yeni reallıqlar yaratmağa başlayıb. Məsələn, Trampın rəhbərliyi dövründə ABŞ-la münasibətlərin faktiki olaraq yenidən qurulması gedir. Bu halda Türkiyə İsraillə münasibətləri qaydaya salmalı olacaq - bu, faktdır.

İsraillə mütləq müəyyən əlaqə olacaq. Amma bu, müttəfiqlik demək deyil. Artıq Suriyada hərbçilərimiz arasında fiziki təmas mövcuddur. Onlar arasında müəyyən razılaşmalar olmasa, hansısa fəlakət baş verə bilər. Buna görə də mütləq rəsmi səviyyədə müəyyən əlaqə olacaq”, - deyə Özer əmindir.

İsrailli siyasi ekspert və publisist Avigdor Eskin (Yerusəlim) vurğulayır ki, Türkiyə prezidenti Ərdoğan öncədən proqnozlaşdırılması mümkün olmayan siyasi liderlər kateqoriyasına aiddir.

 “O, bir neçə il əvvəl açıq şəkildə İsrailə yaxşı münasibət bəsləyirdi. Lakin HƏMAS-ın İsrailə hücumundan və bizim Qəzzadakı müdafiə tədbirlərimizdən sonra radikal düşmən mövqeyi tutdu. Onun “Müsəlman Qardaşları” hərəkatı ilə əlaqələri daha üstün gəldi. HƏMAS terrorçu qruplaşması isə “Müsəlman Qardaşları”nın filialıdır.
Azərbaycan Türkiyə ilə İsrail arasında ortaq maraqları müəyyən etməklə, konstruktiv rol oynaya bilər. Ankaranın Suriyada İŞİD kimi radikal elementlərin möhkəmlənməsində maraqlı olmadığı aydındır. Türkiyə həmçinin İranın nüvə silahına sahib olmasına imkan verə bilməz. Əgər Azərbaycan diplomatiyası Ərdoğanın İsrailə qarşı siyasətinin emosional yönünün qarşısını almağa müvəffəq olsa, o zaman bütün tərəflər üçün faydalı olacaq dəyişikliklər mümkündür. Lakin bu, asan məsələ deyil”, – deyə Eskin etiraf edir.(pressklub)
Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam