Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Xoşbəxtliyi keçmiş həyat yoldaşında tapdı -FOTOLAR

 

Türkiyənin tanınmış aktyoru İsmayıl Hacıoğlu keçmiş həyat yoldaşı ilə barışıb. 

Yenixeber.org xəbər verir ki, aktyor 2020-ci ildə boşandığı keçmiş həyat yoldaşı Duyqu Kumarki ilə yenidən bir araya gəlib. 

Daha öncə də bir araya gələn cütlüyün münasibəti uzun sürməmişdi. Onlar ötən ilin avqustunda ayrılmışdılar. Lakin 39 yaşlı İsmayıl axtardığı xoşbəxtliyi yenidən keçmiş həyat yoldaşında tapıb. Belə ki, cütlük yeni ili birlikdə qeyd ediblər. 

Qeyd edək ki, aktyor İsmayıl Hacıoğlu ilə Duygu Kumarki 2016-2020-ci illərdə evli olublar. Cütlüyün bu evlilikdən bir övladı var. 

Xatırladaq ki, onların dörd illik evliliyinin aktyorun “Çocuk” serialındakı həmkarı Merve Çağıranla sevgili olduğuna görə bitdiyi iddia olunurdu. Məşhur aktyor boşandıqdan sonra Merve Çağıran və Aslıhan Gürbüzlə eşq yaşayıb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam