Moldova Prezidenti koronavirusa yoluxdu
Moldova Prezidenti Maya Sandu koronavirusa yoluxub.
Yenixeber.org xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
"Təəssüf ki, bu gün və sabah keçiriləcək tədbirlərdə (Moldovanın Müstəqillik Gününə həsr olunan) iştirak edə bilməyəcəyəm. Məndə başqa əlamətlər yoxdur, amma özümü həmişəkindən daha çox yorğun hiss edirəm", - deyə Sandu videomüraciətində bildirib.
O, bir neçə gün təcriddə qalacağını əlavə edib.