Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Moldova Rusiyaya qarşı sanksiyaları bu səbəbdən dəstəkləmir

Moldova Rusiyaya qarşı sanksiyaları dəstəkləməməsinə BƏHANƏ TAPDI

     “Moldova bitərəf qalacaq və Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”.

Yenixeber.org: Bu barədə “Radio Europa Liberă”yə müsahibəsində Moldova Prezidenti Maia Sandu danışıb.

Moldova enerji ehtiyatlarına görə Rusiya Federasiyasından güclü asılılığa malikdir. Kişinyov qaz və işıqsız qalmaqdan qorxur.

“Kişinyov neytral qalacaq və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq”, – Sandu deyib.

Onun sözlərinə görə, Moldovanın Moskvadan əsas asılılığı enerji resursları olaraq qalır, ölkə onsuz qala bilməz və hələ ki, Rusiyadan qaz və elektrik tədarükünün alternativi yoxdur.

Sandu əlavə edib ki, Qərb ölkələri artıq alternativ təchizat yollarının tapılmasına kömək etməyi təklif ediblər, lakin onlar tapılana qədər ölkə hökuməti “reallığı nəzərdən qaçırmayacaq”.

“Ölkəni enerji resursları olmadan qoyub burada vəziyyəti sabitləşdirməklə biz heç kimə kömək etməyəcəyik: nə Moldovaya, nə Ukraynaya, nə də Qərbdəki tərəfdaşlarımıza”, – deyə o bildirib.

Sandu həmçinin xatırladıb ki, ölkəsi Ukraynadan yarısı uşaq olan 100 min qaçqını qəbul edib və buna görə də Rusiya onları qaz və işıqsız qoymaqla hədələyir.

Bundan əlavə, o qeyd edib ki, Rusiya və Belarusdan olan digər malların bütün tədarükləri Ukraynadan keçib, lakin müharibə başlayandan sonra onlara artıq giriş yoxdur.

Əvvəllər xəbər verildiyi kimi, martın 31-də Gürcüstan rəhbərliyi buna baxmayaraq, Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmək qərarına gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam