Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"AYNA"-nın rəhbərliyinin tapşırığı ilə "Port Baku"da gizli görüş-FOTOLAR

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılovanın haqqında yeni iddialar ortaya çıxıb.

Yenixeber.org: Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.

media-55

İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib.

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.

Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və “Bakı Metropoliteni” QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış.

İddialarla bağlı Aybəniz İsmayılova suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, bu gün “Pravda.az” saytı Aybəniz İsmaylovanın xidməti vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə məlumat yayıb.

Məlumata görə, hazırda əmək məzuniyyətində olduğu bildirilən A.İsmayılovanın fevralın 3-də məzuniyyəti bitdikdən sonra işinə xitam veriləcəyi deyilir.

İddialarda bu da bildirilir ki, departament müdiri “Bakı Metropoliteni” QSC-nin yeni sədrinə iş üçün müraciət etsə də, müsbət cavab ala bilməyib.

Sayt məsələni aydınlaşdırmaq üçün Aybəniz İsmayılova ilə əlaqə saxlayıb.

Departament müdiri deyilənlərin iftira olduğunu bildirib:

“Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri Anar Rzayevdir(demokrat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam