Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

İsmayıllı rayon icra başçısının müavini oğlunu öz yerinə gətirtmək istəyir? -FOTO

İsmayıllı yollarında hərəkət BƏRPA EDİLDİ  
 İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova yerinə "varis" hazırlayır. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə uzun illərdir icra başçısının müavini vəzifəsində çalışan Sevil Əhmədova yaxın zamanlarda təqaüdə çıxacaq. Onun oğlunu öz yerinə təyin etdirəcəyi barədə iddialar səslənir.
Məlumata görə S.Əhmədova bu məqsədinə qismən nail olub. 
Belə ki, ötən ilin iyul ayında Sevil Əhmədovanın oğlu Fərid Əhmədov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Xanagah kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. 
Onun bir müddət sonra rayon İcra hakimiyyətinə vəzifəyə gətiriləcəyi vurğulanır. 
Qeyd edək ki, Sevil Əhmədova bir neçə il öncə Gülalı Nuralıyev adlı sahibkarın inşa etdirdiyi "Şarm" gözəllik salonunun açılışında rəsmən iştirak etdiyinə görə medianın gündəminə gəlmişdi. 
 
Gözəllik salonu açılıb
 
Xatırladaq ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Haqqında Qanunun 7.1-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik.(qlobal.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam